Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası

Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqələrinin təsdiqlənməsi vətəndaşın Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinin konsulluq bölməsinə müraciətinə uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilən müvafiq sorğu əsasında alınır.

Bununla bağlı vətəndaş tərəfindən Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinin konsulluq bölməsinə aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. Sürücülük vəsiqəsinin doğruluğunun təsdiqlənməsinə dair ərizə (azad formada);
  2. Sürücülük vəsiqəsinin surəti;
  3. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin/sənədlərin surəti (ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi);
  4. Səfirliyin bank hesabına 9 Avro(Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz (COMMERZBANK Konto Nr: 266153601, BLZ 10040000; IBAN: DE73100400000266153601);
  5. Müvafiq cavabın ərizəçinin ünvanına göndərilməsi üçün üzərində ünvanınız yazılmış müvafiq zərf və 5 avro məbləğində poçt markası. 

Qeyd:  nəzərə alınmalıdır ki, müvafiq sorğunun əldə edilməsi 2 (iki) ayadək davam edə bilər.

 

Son yenilənmə tarixi: 09.06.2020