Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi qaydası

Pasportu itmiş, yararsız hala düşmüş və ya pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı sənədləri təqdim etdikdə Səfirlik tərəfindən müvafiq qayıdış şəhadətnaməsi rəsmiləşdirilə bilər: 

    1. Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə pasportun əsli təqdim edilməlidir.

    2. Pasport itdikdə və ya oğurlandıqda aşağıdakı sənədlər təqdim edilməlidir:

- Üzərində fotoşəkil olan, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən sənədlərdən biri (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi);

- Pasportun itirildiyi ölkənin polis orqanı tərəfindən müvafiq pasportun itirilməsi ilə əlaqədar müraciətin edildiyini / müvafiq pasportun itirilməsi faktını təsdiq edən arayışın əsli;

- Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün 9 Avro (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz.

Qayıdış şəhadətnaməsinin poçtla göndərilməsini istəyən vətəndaşlar 5,00 Avro məbləğində poçt markası və üzərində ünvan yazılmış boş zərf əlavə etməlidirlər.  

Qeyd: Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Bu hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

 

Bankverbindung:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN:DE73100400000266153601 

Son yenilənmə tarixi: 09.06.2020