2016-09-15

Milli Məclisin sədri AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin görüşündə iştirak edir

Strasburqda Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzv ölkələrin parlament sədrlərinin görüşü keçirilir.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə komitə sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, deputat, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslərdən ibarət parlament nümayəndə heyəti, eləcə də Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi səfir Emin Eyyubov görüşdə iştirak edir.

Görüşdə Avropada miqrasiya və məcburi köçkün böhranı, milli parlamentlər və Avropa Şurası: demokratiya, insan hüquqları və qanunun aliliyinin təşviq edilməsi, inklüziv və qeyri-irqçi cəmiyyətlərdə nifrətə qarşı parlamentarilərin səfərbərliyi mövzularında müzakirələr aparılır.

Səfər çərçivəsində Milli Məclis sədrinin AŞPA-nın rəhbərliyi və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 16-da başa çatacaq.

 

Arxiv üzrə axtarış