2016-09-23

Berlində Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə ediləcək sərnişin vaqonu nümayiş etdirilib

İsveçrənin "Stadler Rail Group" şirkəti Berlində keçirilən "InnoTrans 2016" sərgisində Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə ediləcək sərnişin vaqonunu nümayiş etdirib.

AZƏRTAC "Stadler Rail Group" şirkətinə istinadla xəbər verir ki, şirkətin nümayəndəsi Paul Qessin sözlərinə görə, qatarın sürəti saatda 160 kilometrdir və 2017-ci ildə BTQ layihəsinin işə düşməsi ilə istismara veriləcək.

"Stadler" ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında bağlanmış müqaviləyə əsasən BTQ üçün 30 vaqon hazırlanacaq.

"Onlardan 18-i 4 yerlik kupelərdən ibarət ikinci klas, 3-ü ikiyerlik kupedən ibarət birinci klas vaqonlardır. Eləcə də əlillər üçün kupe və 28 nəfərlik vaqon-restoran var", - deyə P.Qess vurğulayıb.

P.Qess qeyd edib ki, vaqonlarda sərnişinlərin müasir məlumatlandırma sistemi, vakuum sistemli tualetlər (birinci klasda hər kupedə), duş (birinci klasda hər kupedə), kondisioner sistemi quraşdırılıb.

Arxiv üzrə axtarış