2018-04-06

Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun  5-6 aprel 2018-ci il tarixində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında yekun nitqi

Həmkarlarıma və yüksək vəzifəli məmurlar səviyyəsində keçirilən bu iclasın digər iştirakçılarına  Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin 18-ci aralıq nazirlər konfransının işinə dəyərli töhfələri üçün təşəkkürümü bildirirəm.

Bu iki gün ərzində biz QH-nı maraqlandıran və birgə narahatlıq doğuran mövcud, yeni və meydana çıxmaqda olan məsələləri müzakirə etdik. Biz sürətlə inkişaf edən qlobal vəziyyətlərin yaratdığı böhranın, təhdidlərin və çağırışların dövlətlərin daha çox iqtisadi inkişaf və sosial tərəqqi, sülh və təhlükəsizlik, insan hüquqlarının və qanunun aliliyindən istifadə etməsinə nail olmaq səylərinə əngəl yaratmaqda davam etdiyini bir daha təsdiqlədik. Biz regional və sub-regional siyasi məsələləri, həmçinin QH ölkələrinin inkişafı, sosial və insan hüquqları məsələlərini müzakirə etdik və müvafiq olaraq Hərəkatın prinsipial mövqelərini vurğuladıq. Biz bir daha təsdiq etdik ki, beynəlxalq münasibətlərin subyektlərinin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn norma və prinsiplərinə laqeyd yanaşması ciddi narahatlığa və qınağa səbəb olan məsələdir. 

Hamı üçün sülh və təhlükəsizliyin, qanunun aliliyinin, iqtisadi inkişaf və sosial tərəqqinin, insan hüquqlarının qorunması və təbliği üçün beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalmağın vacibliyini vurğuladıq. Hərəkata daha çox birlik və ardıcıllıq gətirmək məqsədini rəhbər tutan QH ölkələrinin səy və fəaliyyətlərini gücləndirməsi Hərəkatı müxtəlif qlobal məsələlərdə ümumi maraqların təşviq edilməsində, həmçinin inkişaf etməkdə olan ölkələr arasında daha çox qarşılıqlı əlaqələrin yaradılmasında güclü, vahid və dayanıqlı edəcəkdir.

Biz əminik ki, Bakı Nazirlər Konfransının qlobal və regional məsələlər, eləcə də inkişaf, sosial və insan hüquqları məsələləri ilə bağlı Yekun sənədinin maddələri  beynəlxalq təhlükəsizliyə, regional və beynəlxalq əməkdaşlığın stimullaşdırılmasına və Cənub-Cənub istiqamətində iqtisadi inteqrasiyada praktik addımların atılmasına töhfə verəcəkdir.

Burada keçirilən görüşümüz və Nazirlər konfransının yekununda qəbul etdiyimiz Yekun Sənəd Hərəkatın prinsip və məqsədlərinə qəti şəkildə dəstəkləyir. 

Hərəkatın növbəti sədri kimi, Azərbaycan sizin dəyərli dəstəyinizi nəzərə alır və BMT daxilində QH-nın  əsasını təşkil edən beynəlxalq hüququn prinsiplərinə hörmət etmək istiqamətində Hərəkatın işinin gücləndirilməsi naminə sizlərlə birlikdə çalışmaq niyyətindədir.  Azərbaycan dünyada beynəlxalq sülh və təhlükəsizlik səviyyəsini artırmaq üçün çox şey edə biləcəyinə əmin olduğumuz QH-nın prinsip və məqsədlərini dəstəkləmək üçün siyasi məsləhətləşmələrin və praktiki əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində Hərəkat çərçivəsində fəal əməkdaşlığa davam edəcəkdir.  

Bu xüsusda, biz əminik ki, bizim gücləndirilmiş həmrəyliyimiz 18-ci QH Nazirlər Konfransında  qəbul edilmiş Yekun sənəddə də bir daha təsdiqləndiyi kimi Hərəkatın sülh, sabitlik, inkişaf və tərəqqiyə nail olmaq kimi birgə istəyini birləşdirəcəkdir.

Təşəkkürlər! 

Arxiv üzrə axtarış