2018-07-02

Azərbaycanlı şagirdlər Berlin Beynəlxalq Məktəbi tərəfindən 30 iyun 2018-ci il tarixində Berlin şəhərində təşkil edilən “Beynəlxalq Gün”də milli stend ilə təmsil olunublar.

30 iyun 2018-ci il tarixində Berlin şəhərində yerləşən Berlin Beynəlxalq Məktəbi tərəfindən təşkil olunan "Beynəlxalq Gün"də 22 ölkə ilə yanaşı Azərbaycan da təmsil olunub.

Azərbaycanlı şagirdlər tərəfindən tədbir zamanı stend qurulub, orada ölkəmizin mədəniyyətinə, incəsənətinə və turistik imkanlarına dair müvafiq əyani materiallar nümayiş olunub və paylanılıb, eləcə də ziyarətçilərə milli mətbəx nümunələrimiz təqdim olunub.

Gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar baş çəkiblər.

Arxiv üzrə axtarış