2019-06-18

Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz üzrə İşçi Qrupunun iclası keçirilib

11.06.2019-cu il tarixində Berlin şəhərində Almaniyanın Şərqi Biznes Assosiasiyasının (OAOEV) Cənubi Qafqaz üzrə İşçi Qrupunun iclası keçirilib.      

Cari ildəki iclas Azərbaycana həsr olunub.

Toplantıda Almaniyanın Şərqi Biznes Assosiasiyasının nümayəndələri, Federal Kansler Aparatının, İqtisadiyyat və Energetika Nazirliyinin və Xarici İşlər Nazirliyinin Azərbaycan üzrə məsul əməkdaşları, müvafiq alman şirkətləri iştirak ediblər.

Səfirliyimizin nümayəndələri iclasda iştirak və çıxış ediblər. Çıxışımız zamanı ölkəmizdəki iqtisadi vəziyyət, aparılan islahatlar əldə olunmuş nailiyyətlər, aidiyyəti sektorlardakı inkişaf, müvafiq sahələrdə regional bağlantıların daha da gücləndirilməsinə töhfələrimiz, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, fəsadları və onun regional əməkdaşlığa və ümumilikdə regionun inkişafına maneələri, eləcə də Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələrinin cari durumu barədə iştirakçılara məlumat verilib.

Çıxışdan sonra iştirakçıların müxtəlif sualları cavablandırılıb.

Arxiv üzrə axtarış