2019-09-20

Səfir Ramin Həsənov Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Almaniyada akkreditə olunan diplomatik korpusun rəhbərləri ilə Reynland-Pfalts federal torpağına səfərində iştirak edib

18 sentyabr 2019-cu il tarixində, Almaniyada təşəkkül tapmış protokol ənənələrinə uyğun olaraq Almaniya Federativ Respublikasının Federal Prezidenti Frank-Valter Ştaynmayer AFR-də akkreditə olunmuş diplomatik missiya rəhbərləri ilə Almaniyanın Raynland-Pfalts federal torpağına informativ xarakterli səfər edib və diplomatik korpus ilə digər protokol tədbirlərində iştirak edib. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov sözügedən səfər və tədbirlərdə ölkəmizi təmsil edib.

Arxiv üzrə axtarış