2019-12-18

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2020-ci ildə Almaniyada təlim və istehsal müəssisələrində təcrübə keçəcək sahibkar və menecerlər üçün seminar təşkil edib

KOBİA-dan bildirilib ki, iki gün davam edən seminarda Almaniyanın Münxen və Yuxarı Bavariya Ticarət və Sənaye Palatasının nümayəndələri “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”, beynəlxalq iqtisadi kooperasiya, təcrübə müddətində alman müəssisələri ilə işgüzar əlaqələrin qurulması imkanları barədə iştirakçılara ətraflı məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında anlaşma memorandumuna uyğun olaraq, 2009-cu ildən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” həyata keçirilir. Bu il 10 illiyi qeyd edilən proqramdan indiyədək 400-dən çox sahibkar və menecer yararlanıb. 2020-ci ildə proqramda iştirak edəcək sahibkar və menecerlər müsabiqə və müsahibə əsasında seçilib. Uğur qazanmış 22 sahibkar və menecerdən ibarət ilk qrup fevralın 17-dən martın 13-dək Almaniyanın Münxen və Yuxarı Bavariya Ticarət və Sənaye Palatasının Tədris Mərkəzində ixtisasartırma kursu, Almaniya müəssisələrində təcrübə keçəcəklər. Növbəti qrupun isə 2020-ci ilin iyun-iyul aylarında Almaniyanın Köln şəhərində ixtisasartırma kursu keçməsi planlaşdırılır. 

Mənbə: https://azertag.az/xeber/1368359 

Arxiv üzrə axtarış