2020-02-07

Franfurt-Mayn şəhərində “Azərbaycanda loqistika, mobillik və infrastruktur”adlı tədbir keçirilib

 

5 fevral 2020-ci ildə Frankfurt şəhərində Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin Kiçik və Orta Müəssisələr üçün Bazarın İnkişaf Proqramı çərçivəsində baş ofisi Almaniyanın Paderborn şəhərində yerləşən “Bondacon International Business Consultancy” şirkəti tərəfindən “Azərbaycanda logistika, mobillik və infrastruktur” adlı tədbir  keçirilib.

Tədbirdə iştirak edən səfirliyimizin I katibi E.Teymurov Almaniya ilə Azərbaycan arasında iqtisadi sahədə münasibətlərin hazırkı durumu, ölkəmiz tərəfindən həyata keçirilən trans-regional nəqliyyat, logistika, enerji, informasiya-kommunikasiya texnologiyaları təşəbbüsləri və layihələri barədə geniş məlumat verib,yeni əməkdaşlıq imkanlarından danışıb.

Almaniyanın Şərqi Biznes Assosiasiyası, Alman-Azərbaycan Xarici Ticarət Palatası, “Germany Trade and Invest - Gesellschaft für Außenwirtschaft und Standortmarketing mbH”, “Rödl & Partner” və “Euler Hermes” şirkətlərinin  nümayəndələri müxtəlif mövzularda çıxışlar ediblər.

 

Arxiv üzrə axtarış