2020-03-12

Səfirliyin konsulluq bölməsinə müraciət edən şəxslərin nəzərinə

Koronavirus xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, bununla bağlı profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə şəxsən iştirak tələb olunmayan aşağıda sadalanan konsulluq əməliyyatları ilə əlaqədar müvəqqəti olaraq poçt və ya email vasitəsilə müraciət etməyiniz tövsiyə olunur:

  • Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi;
  • Konsulluq qeydiyyatı;
  • Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi;
  • Subaylıq və məhkumluq haqqında arayışların alınması;
  • Doğum haqqında akt qeydlərinin rəsmiləşdirilməsi;
  • Sənədlərin leqallaşdırılması və təsdiq edilməsi;
  • Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün vəsatətlərin qəbulu;
  • Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi;
  • Nikahın pozulmasına dair AFR məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması;
  • Vizaların rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu.

Şəxsən iştirak tələb olunan konsulluq əməliyyatları (yeni ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi və ya dəyişdirilməsi, vəkalətnamələrin notariat təsdiqi, imzaların həqiqiliyinin notariat təsdiqi və digər) ilə əlaqədar müraciətlər Azərbaycan Respublikasının Almaniyada Səfirliyinin konsulluq bölməsində səfirliyin internet səhifəsində göstərilmiş qəbul saatlarında edilə bilər.

Qeyd: Sənədlərin poçt vasitəsilə geri göndərilməsi nəzərdə tutulan əməliyyatlar üçün müraciətinizə üzərinə ünvanınız yazılmış və kifayət qədər poçt markası yapışdırılmış zərf əlavə edilməlidir.

Arxiv üzrə axtarış