2020-09-24

Şenqen vizalarının etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Məlum olduğu kimi, Almaniya Federativ Respublikasının Daxili İşlər, Tikinti və İcma Nazirliyi 17 iyun 2020-ci il tarixində qərar qəbul edərək Şenqen vizası ilə Almaniya ərazisinə daxil olmuş və COVİD-19 pandemiyası səbəbindən beynəlxalq sərnişin daşımalarının məhdudlaşdırılması ilə əlaqədar olaraq ölkəni tərk edə bilməyən üçüncü ölkə vətəndaşlarının (əcnəbilər) Almaniyada yaşayış icazəsi alınması tələbindən azad olunmasını 30 sentyabr 2020-ci il tarixinədək uzatmışdır.

Almaniya Hökumətindən verilmiş məlumata görə, əcnəbilərin Almaniyada yaşayış icazəsi alınması tələbindən azad olunması barədə qərar bir daha uzadılmır.

Şenqen vizasının etibarlılıq müddəti bitmiş əcnəbilər əsaslı səbəblərə görə Almaniya ərazisini tərk edə bilmədikdə, həmin şəxslərdən xahiş olunur ki, onların 30 sentyabr 2020-ci il tarixindən sonra da Almaniyada qalmalarının mümkünlüyünün araşdırılması üçün olduqları yerin əcnəbilərlə iş üzrə idarəsi ilə vaxtında əlaqə saxlasınlar.

Arxiv üzrə axtarış