2020-10-19

Ermənistan tərəfindən Gəncə şəhərinə edilən raket zərbəsi nəticəsində həlak olan insanların xarirəsinin yad edilməsi ilə bağlı Azərbaycanın Berlindəki səfirliyinin binası önündə stend quraşdırılıb

18 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə edilən raket zərbəsi nəticəsində dinc sakinlər arasında azyaşlılar və qadınlar daxil olmaqla çoxlu sayda həlak olan insanların xarirəsinin yad edilməsi üçün Səfirliyin əsas giriş qapısı önündə stend quraşdırılıb. Stenddə erməni vəhşiliyinin qurbanı olmuş şəxslərin, həlak olmuş uşaqların, habelə raket zərbəsi nəticəsində dağıdılmış yaşayış binaları və mülki obyektlərin fotoları öz əksini tapıb.

 

Arxiv üzrə axtarış