2020-11-05

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov Brandenburq federal torpağının Landtaqının (parlament) prezidenti Prof. Dr. Ulrike Liedtke ilə görüş keçirib

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov Brandenburq federal torpağına səfər edib və səfəri zamanı federal torpağın Landtaqının (parlament) prezidenti Prof. Dr. Ulrike Liedtke ilə görüş keçirib. Səfir Həsənov və Landtaq prezidenti Ulrike Liedtke ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Görüş zamanı həmçinin regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Səfir Həsənov Brandenburq Landtaqının qonaq kitabına imza atıb. 

Arxiv üzrə axtarış