2020-12-17

“Aİ-nin Şərq Tərəfdaşlığı - dəyər bağlantılarında iqtisadi inteqrasiya” mövzusunda Azərbaycan üzrə panel iclas keçirilib

14 dekabr 2020-ci ildə Avropa İttifaqının (Aİ) Şurasına Almaniya sədrliyinin təşəbbüsü əsasında Şərq Tərəfdaşlığı Biznes Günləri tədbiri çərçivəsində “Aİ-nin Şərq Tərəfdaşlığı - dəyər bağlantılarında iqtisadi inteqrasiya” mövzusunda Azərbaycan üzrə panel iclas keçirilib.

Tədbir Avropa Komissiyasının, Federal Xarici İşlər Nazirliyinin, Almaniyanin Şərqi Biznes Assosiasiyasının, eləcə də Şimali Reyn-Vestfalia torpağının Ticarət və İnvestisiya Agentliyinin təşkilatçılığı ilə təşkil olunub.

Səfir Ramin Həsənov tədbirdə çıxış edərək Azərbaycan ilə Aİ və Almaniya arasında iqtisadi münasibətlər, ölkəmizin enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahələrində həyata keçirdyi trans-regional layihələr, ikitərəfli ticarətin təşviqi məqsədilə mövcud olan formatlar və platformalar, eləcə də regional əməkdaşlığın perspektivləri barədə məlumat verib.

İclas “Azərbaycanın perspektiv sektorları”, “Azərbaycandan nümunələr” və “Rəylər: Avropa sərmayədarları” adlı sessiyalarla davam edib.

Arxiv üzrə axtarış