2020-03-15
Almaniyada səfərdə olan vətəndaşlarımızın nəzərinə!!!

Mümkün müraciətlərin operativ şəkildə cavablandırılması məqsədilə səfirliklə +49 30 219 161 58 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Mövcud vəziyyətdən irəli gələn məsələlərin, eləcə də yaranan problemlərin təxirəsalınmaz və operativ həllinə yardım etmək məqsədilə, eyni zamanda, Səfirliyin konsulluq bölməsinə email (consul_berlin@mission.mfa.gov.az) vasitəsi ilə məlumat verməyiniz xahiş olunur.

Zərurət olduğu təqdirdə Azərbaycan Respublikası Nazirlər kabineti yanında yaradılmış operativ qərargahla da xaricdən birbaşa əlaqə saxlamağınız tövsiyə olunur:

Qaynar xətt nömrələri:     

(+994) 12 492 4161

(+994) 12 492 7554

(+994) 12 505 1333

(+994) 12 505 0330

Almaniyada səfərdə olduğunuz müddətdə Coronovirus halının yaratdığı yeni vəziyyətlə əlaqədar olaraq, sözügedən ölkənin müvafiq dövlət orqanlarının (o cümlədən Robert-Koch İnstitutunun) verdiyi tövsiyələrə əməl etməyiniz və onları mütəmadi şəkildə izləməyiniz vacibdir!

növbəti xəbər əvvəlki xəbər