Azərbaycan “ITB Berlin 2025” sərgisində təmsil olunub
4-6 mart 2025-ci il tarixlərində dünyanın ən böyük turizm sərgisi olan Berlin Beynəlxalq turizm sərgisi (ITB Berlin 2025) keçirilib.
“ITB Berlin”də Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə təqdim edilib. Stenddə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri daxil olmaqla, ümumilikdə, 12 sənaye tərəfdaşı təmsil edib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, bir sıra xarici şirkətlərin rəhbər və nümayəndələri də milli stendimizi ziyarət ediblər.
https://azertag.az/xeber/berlin_beynelxalq_turizm_sergi_ve_konqresi_ise_baslayib-3445343
https://azertag.az/xeber/berlin_beynelxalq_turizm_sergi_ve_konqresi_basa_chatib-3450219