“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 iyun 2025

Berlində Azərbaycan tolerantlığı böyük marağa səbəb olub

Azərbaycanın Almaniyadakı Səfirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 25-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Müxtəliflikdə birlik: Azərbaycandan dinlərarası səslər dialoqda” başlığı altında geniş tədbir keçirilib. Tədbirdə Almaniya XİN-in və digər dövlət orqanlarının yüksək vəzifəli nümayəndələri, səfirlər, Almaniyanın müxtəlif dini icmalarının rəhbərləri, tanınmış jurnalistlər, elm və mədəniyyət xadimləri və icma fəalları iştirak ediblər.

 

Öncə Azərbaycanda tolerantlıq və multikulturalizm mühitindən bəhs edən qısa film nümayiş olunub.

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirin keçirilməsində əsas məqsədin dinlərarası dialoqun təşviqi, müxtəlif mədəniyyət və dinlərə mənsub insanlar arasında qarşılıqlı anlayış, tolerantlığın gücləndirilməsi olduğunu bildirib. Azərbaycanda etnik və dini rəngarəngliyin qorunmasına yönələn, uğurla həyata keçirilən dövlət siyasətinin multikulturalizm və tolerantlıq sahəsində əsrlər boyu formalaşmış tarixi ənənənin daha da möhkəmlənməsinə yol açdığını qeyd edib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, dünyəvi və multikultural bir ölkə kimi Azərbaycan dinlərarası dialoqa böyük diqqətlə yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət dini azadlıqların qorunmasını və multikultural dəyərlərin təşviqini daxili siyasətin və beynəlxalq əlaqələrin əsas elementlərindən biri kimi qəbul edir. Dövlət yalnız dini azadlıqları təmin etməklə və dinlərarası dialoqu təşviq etməklə kifayətlənmir, eyni zamanda müxtəlif konfessiyaların irsinin qorunmasına da qayğı göstərir. 

 

ABŞ-dakı nüfuzlu Simon Vizental Mərkəzinin sədr müavini ravvin Abraham Kuper müxtəlif dövrlərdə Azərbaycana səfərləri zamanı ölkəmizdə qədim və zəngin tolerantlıq mühitinin və multikultural ənənələrin şahidi olduğunu qeyd edib. Ölkəmizdə digər dini icmalar kimi yəhudi icmasına da yüksək diqqət və qayğı göstərildiyini vurğulayan A.Kuper Azərbaycanın dini tolerantlıq modelinin bütün dünyada geniş təbliğ olunmasının vacibliyini qeyd edib.

 

Çıxışlardan sonra Sonuncu Gün Müqəddəsləri İsa Məsih Kilsəsinin Avropa üzrə direktor müavini Ralf Qrünkenin moderatorluğu ilə panel müzakirə keçirilib. Müzakirədə Azərbaycan şiə icmasının imamı Rüfət Qarayev, sünni icmasının imamı Hafiz Abbasov, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova, Sefard yəhudilərinin dini icmasının baş ravvini Zamir İsayev, Avropa yəhudiləri dini icmasının baş ravvini Şneor Seqal və Alban-udi xristian dini icmasının sədri Robert Mobili ölkəmizin zəngin tolerantlıq ənənələrindən geniş danışıblar.

 

Tədbirdə Azərbaycan dağ yəhudiləri icmasının sədri Milix Yevdayevin ölkəmizin multikulturalizm ənənələrinin təbliğində fəal rolu da xüsusi qeyd olunub.

 

Azərbaycanın unikal tolerantlıq modeli böyük maraq və rəğbətə səbəb olub. 

 

Müzakirələrdən sonra möhtəşəm konsert proqramı təqdim olunub. Müsəlman, xristian və yəhudi musiqiçilərdən ibarət “Əcəm” quartetinin konserti tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.

 

Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 24-25 iyun tarixlərində Almaniyaya səfəri çərçivəsində Almaniya Bundestaqının Xarici siyasət Komitəsinin sədri Armin Laşet, Bundestaqın digər üzvləri və Almaniya Federal Hökumətinin dini azadlıq üzrə komissarı Tomas Raxel ilə görüşlər keçirib.

 

Nümayəndə heyəti, həmçinin Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi, Almaniya Yəhudiləri Mərkəzi Şurasının icraçı direktoru Daniel Botman ilə görüşüb, Almaniyadakı Süryani Ortodoks Kilsəsini, Şəhitlik Məscidini və Sonuncu Gün Müqəddəsləri İsa Məsih Kilsəsini ziyarət edib.

 

Tədbirin qısa videosu: https://youtu.be/paeEa-EAG8c?feature=shared

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti