“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 aprel 2025

“Uzaq sahillərdə” filmi Berlində bərpa olunub

Azərbaycanın Almaniyadakı səfirliyinin sifarişi ilə “Uzaq sahillərdə” filminin (1958) alman dilindəki versiyası Berlində rəqəmsallaşdırılaraq bərpa edilib, filmin görüntü və səs keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Qeyd edək ki, “Uzaq sahillərdə” filmi 1959-cu ildə Almaniyanın DEFA studiyası tərəfindən Berlində alman dilinə dublyaj edilərək, “Damals in Triest” adı ilə nümayiş etdirilib. Səfirliyin DEFA studiyası və arxivlərlə apardığı iş nəticəsində filmin alman dilindəki versiyası aşkarlanaraq, Berlində klassik filmlərin bərpası ilə məşğul olan şirkət tərəfindən yüksək keyfiyyətdə bərpa edilib.

 

Filmin bərpa olunmuş versiyası aprelin 23-də səfirliyin təşkilatçılığı ilə Berlinin tanınmış Urania elm mərkəzinin kinoteatrında nümayiş etdirilib. Nümayiş İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 80-ci ildönümünə həsr olunub. Tədbirdə Almaniya dövlət qurumlarının nümayəndələri, müxtəlif ölkələrin səfirləri, elm və mədəniyyət xadimləri, kinoşünaslar, jurnalistlər, həmçinin Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında “Uzaq sahillərdə” filminin qəhrəman partizan Mehdi Hüseynzadənin və onun doğma Vətəni Azərbaycanın qətiyyətini, fədakarlığını və sarsılmaz iradəsini əks etdirdiyini vurğulayıb. O, M.Hüseynzadənin fədakar döyüşçü olmaqla yanaşı, beynəlxalq həmrəyliyin, Vətənindən uzaqda faşizmə qarşı mübarizə aparan qəhrəmanlıq rəmzi olduğunu və bu amallar uğrunda canından keçdiyini qeyd edib.

 

Səfir faşizm üzərində tarixi Qələbəyə Azərbaycanın verdiyi mühüm töhfələrdən bəhs edərək bildirib ki, təxminən 700 min azərbaycanlı müharibəyə yollanıb, onların 300 mindən çoxu həlak olub. 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla, o cümlədən 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” adı ilə təltif olunub. Bildirilib ki, azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət milli atıcı diviziyalar Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçiblər.

 

N.Ağayev xüsusi olaraq qeyd edib ki, Azərbaycan faşizmə qarşı mübarizədə təkcə insan resursları ilə deyil, həm də zəngin enerji ehtiyatları ilə iştirak edib və Qələbənin əldə olunmasında həlledici rol oynayıb.

 

Sonra nümayiş etdirilən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Almaniyanın nüfuzlu “Berliner Zeitung” qəzeti tədbir haqda geniş məqalə dərc edərək, film, eləcə də Qələbənin qazanılmasına Azərbaycanın verdiyi töhfələr barədə oxucuları məlumatlandırıb. TV Berlin televiziya kanalı, eləcə də Stimme der Hauptstadt portalı da tədbir haqda ətraflı reportajlar yayımlayıb.

 

Tədbirin qısa videosuna bu linkdə baxmaq olar: https://youtu.be/yXDZM7D4SKQ?feature=shared

 

Filmin bərpa olunmuş versiyasını burada izləmək olar: https://youtu.be/qbrgRXHs7xA?feature=shared

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti