“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 mart 2025

Səfir Nəsimi Ağayev Almaniyanın Zaarland əyalətinə səfər edib

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 10-11 mart 2025-ci il tarixlərində Almaniyanın Zaarland əyalətinə səfər edib. Səfər çərçivəsində səfir Nəsimi Ağayev ikitərəfli münasibətləri daha da inkişaf etdirmək məqsədilə Zaarland əyalətinin siyasət, biznes və elm sahəsinin aparıcı nümayəndələri ilə görüşlər keçirib.

 

Səfir Nəsimi Ağayev ilk öncə Zaarland əyalətinin baş nazirinin müavini və iqtisadiyyat, innovasiya, rəqəmsallaşma və energetika naziri Yürqen Barke ilə görüşüb. Nəsimi Ağayev Azərbaycanın iqtisadi potensialı barədə həmsöhbətini məlumatlandırıb, Zaarland şirkətləri üçün Azərbaycanda geniş sərmayə imkanlarının olduğunu diqqətə çatdırıb. Görüş zamanı ticarət əlaqələri, yeni əməkdaşlıq sahələri və birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Sonra səfir Nəsimi Ağayevin Zaarland Sənaye və Ticarət Palatasının baş icraçı direktoru Frank Tome ilə görüşü olub. Görüşdə səfir Azərbaycanı investisiya məkanı kimi cəlbedici edən amillər barədə məlumat verib. Xüsusilə, Zaarland şirkətləri üçün Azərbaycanın sürətlə inkişaf edən iqtisadi sektorunda əməkdaşlıq imkanları, eləcə də enerji və nəqliyyat sahələrində həyata keçirilən irimiqyaslı layihələr barədə müzakirələr aparılıb.

 

Daha sonra akademik sahədə əməkdaşlığın müzakirəsi məqsədilə səfir Nəsimi Ağayev Zaarland Universitetinin Beynəlxalq əlaqələr və Avropa üzrə vitse-prezidenti professor Dominik Brodovski və Universitetin Avropa İnstitutunun direktoru professor Mark Bunqenberq ilə görüşüb. 2003-2005-ci illərdə Zaarland Universitetinin Avropa İnstitutunda Avropa Hüququ üzrə magistr dərəcəsi almış səfir N.Ağayev, bu təhsil ocağı ilə Azərbaycanın uzunmüddətli əlaqələrini yüksək qiymətləndirib. Qeyd edilib ki, hazırda Zaarland Universitetində 41 azərbaycanlı tələbə təhsil alır ki, onlardan da 12 nəfəri Avropa İnstitutunda təhsilini davam etdirir. Görüşdə həmçinin Zaarland Universitetinin Azərbaycan universitetləri ilə əməkdaşlığının daha da genişləndirilməsi imkanları ətraflı müzakirə edilib.

 

Səfərin sonunda səfir Nəsimi Ağayev Avropa İnstitutunda təhsil alan azərbaycanlı tələbələrlə görüşərək, onların əldə etdikləri təcrübələri dinləyib və gənc nəslin Azərbaycan-Almaniya münasibətlərinin möhkəmləndirilməsindəki mühüm rolunu vurğulayıb.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti