Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi üçün Səfirliyin konsulluq bölməsinə aşağıdakı sənədlər təqdim edilməlidir:
- Sürücülük vəsiqəsinin doğruluğunun təsdiqlənməsinə dair ərizə (azad formada);
- Sürücülük vəsiqəsinin surəti;
- Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin/sənədlərin surəti (ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi);
- 10 avro məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz.
Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.
Qeyd: Sorğunun cavablandırılması 2 (iki) ayadək davam edə bilər.
Diqqət! Sənədlər şəxsən və ya poçt vasitəsilə Səfirliyin konsulluq bölməsinə təqdim edilə bilər.
Şəxsən: Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARI: Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 09:00-dan - 12:00-dəkdir.
Poçt vasitəsilə: Sənədlər poçt vasitəsilə təqdim edildiyi və geri göndəriləcəyi halda üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış zərfin və sifarişli məktub (“Einschreiben”) üçün poçt markalarının təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.
Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.