|
Nikahın qeydə alınması üçün tələb olunan sənədlər
|
-
nikaha daxil olmaq haqqında ərizə;
-
nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (ümumvətəndaş pasportları və ya şəxsiyyət vəsiqələri);
-
xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənədlər (əsli və surəti);
-
subaylıq haqqında arayışlar;
-
nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən tibbi arayış;
-
əvvəllər nikahda olmuş şəxslər: nikahın pozulması haqqında şəhadətnamə və ya ərinin (arvadının) ölüm haqqında şəhadətnaməsi, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış;
-
10 avro məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği).
Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Diqqət! Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır. Dövlət rüsumu həmçinin bank kartı ilə POS-terminal vasitəsilə Səfirliyin konsulluq bölməsində ödənilə bilər.
Müraciət edilməsi qaydası
Nikaha daxil olmaq istəyən Azərbaycan Respublikası vətəndaşları konsulluğa şəxsən ərizə ilə müraciət etməlidirlər.
Müraciətə baxılma müddəti
Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.
Nikahın pozulmasının qeydə alınması üçün tələb olunan sənədlər
|
1. Nikahın pozulması haqqında ərizə;
2. nikahın pozulması üçün müraciət edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (ümumvətəndaş pasportları və ya şəxsiyyət vəsiqələri);
3. yaşayış yerindən son üç ay ərzində alınmış arayış (Erweiterte Meldebescheinigung);
4. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında Səfirliyin Konsulluq bölməsində şəxsən birgə verdikləri ərizə;
5. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslə nikahın pozulması haqqında ər və ya arvadın birinin ərizəsi;
6. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi;
7. 40 Avro məbləğində dövlət rüsumunun (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) ödənilməsi barədə qəbz.
Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Diqqət! Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır. Dövlət rüsumu həmçinin bank kartı ilə POS-terminal vasitəsilə Səfirliyin konsulluq bölməsində ödənilə bilər.
Nikah aşağıdakı hallarda məhkəmə qaydasında pozulur:
1. ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;
2. ər (arvad) nikahın pozulmasına razı olmadıqda;
3. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.)
Doğumun qeydə alınması
- Doğum aktının qeydə alınması haqqında ərizə;
- Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Valideynlərin nikah haqqında şəhadətnaməsi;
- Valideynlərin doğum haqqında şəhadətnaməsi;
- Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən olan sənədin əsli;
- Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
- Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi;
- Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.
Qeyd: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynləri xəbərdarlıq edilir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun muvafiq maddəsinə əsasən cərimə edilir.
İştirak etməli olan şəxslərin siyahısı:
- Valideynlər və ya onlardan biri;
- Valideynlər üzrlü səbəbə görə müraciət edə bilmədikdə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
|