Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa üçün tələb olunan sənədlər:
-
Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket;
-
Fotoşəkil - 5 ədəd (3x4);
-
Şəxsiyyəti təsdiq edən sənədin surəti;
-
Doğum haqqında şəhadətnamənin surəti;
- Tərcümeyi-hal;
-
Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;
-
Azərbaycan Respublikası vətəndaşlığına bərpa üçün səbəbini göstərməklə Azərbaycan Respublikası Prezidentinin adına ərizə (sərbəst formada);
-
Ailə tərkibi haqqında arayış;
-
QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur);
-
Azərbaycan Respublikası vətəndaşlığına bərpa üçün tələb olunan bütün sənədlər 5 nüsxədə və hər nüsxə ayrı-ayrılıqda fayla qoyularaq təqdim olunmalıdır. Diqqət! Almaniyanın müvafiq qurumları tərəfindən verilmiş sənədlər Azərbaycan dilinə tərcüməsi ilə birlikdə təqdim olunmalıdır.
-
60 avro məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz (Qeyd: Avronun ABŞ dollarına məzənnəsi və avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği)
Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.
Diqqət! Sənədlər şəxsən və ya poçt vasitəsilə Səfirliyin konsulluq bölməsinə təqdim edilə bilər.
Şəxsən: Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARI: Bazar ertəsi, Çərşənbə və Cümə günləri saat 09:00-dan - 12:00-dəkdir.
Poçt vasitəsilə: Sənədlər poçt vasitəsilə təqdim edildiyi və geri göndəriləcəyi halda üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış zərfin və sifarişli məktub (“Einschreiben”) üçün poçt markalarının təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.
Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.