“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Azərbaycanda tanınması ilə bağlı yeni qaydalar Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Yüksəkixtisaslı Miqrant Proqramı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
Azərbaycan Respublikası vətəndaşlığından çıxma

 

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan sənədlərin siyahısı:
  1. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə Ərizə-anket (PDF) (WORD) (Ərizə-anket 5 (beş) nüsxədə tam doldurulmalıdır);
  2. 5 ədəd biometrik fotoşəkil (35 mm x 45 mm), (fotoşəkillər anketlərin üz səhifəsindəki fotoşəkil yerinə yapışdırılmalıdır);
  3. Ərizəçinin şəxsiyyətini təsdiq edən və digər mövcud sənədlərin surəti (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi bilet, nikah haqqında şəhadətnamə və s.);
  4. Tərcümeyi-hal;
  5. Almaniya Federativ Respublikasının rəsmi orqanları tərəfindən ərizəçinin AFR vətəndaşlığına qəbul edildiyini təsdiqləyən və ya AFR vətəndaşlığına qəbul ediləcəyinə dair sənədin əsli və tərcüməsi (Einbürgerungszusicherung, Einbürgerungsurkunde və ya AFR xarici pasportu və şəxsiyyət vəsiqəsi);
  6. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün səbəbini göstərməklə Azərbaycan Respublikası Prezidentinin adına ərizə (sərbəst formada);
  7. Ərizəçinin Almaniyada yaşaması haqqında icazə və tərcüməsi (Aufenthaltserlaubnis, Aufenthaltsberechtigung və ya Niederlassungserlaubnis);
  8. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.2.2-ci maddəsinə əsasən, şəxsin vətəndaşlığına xitam verilməsi üçün 60 Avro (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) məbləğində dövlət rüsumu ödənilməlidir. 
    Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
    Botschaft der Republik Aserbaidschan
    COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
    IBAN: DE73100400000266153601
    Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Diqqət! Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.
  9. 18-30 yaş arası hərbi mükəlləfiyyəti olan kişi cinsindən olan müraciətçilər yuxarıda qeyd edilən sənədlərdən əlavə olaraq hərbi bilet də təqdim etməlidirlər (əgər hərbi xidmətdə olmamışsa hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır).
  10. Üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış 3 (üç) ədəd zərf və sifarişli məktub (“Einschreiben”) üçün poçt markaları (sənədlərin icraata götürülməsi, icra vəziyyəti və nəticəsi barədə müvafiq arayışların göndərilməsi üçün). Qeyd: Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.
  11. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan bütün sənədlər 5 nüsxədə və hər nüsxə ayrı-ayrılıqda fayla qoyularaq təqdim olunmalıdır.
Qeyd: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.
Qeyd: Əgər ərizəçi 14 yaşı tamam olmayan azyaşlı uşağı (uşaqları) ilə birgə vəsatəti təqdim edirsə:
1. həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə - anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);
2. uşağın (uşaqların) fotoşəkilləri valideynin Ərizə - anketində valideynin şəkillərinin yanına yapışdırılmalıdır;
3. uşağa (uşaqlara) aid sənədlərin surəti və Azərbaycan dilinə tərcümələri əlavə edilməlidir (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və sairə);
4. uşağın (uşaqların) AFR vətəndaşlığına qəbul ediləcəyinə dair təminat məktubu və tərcüməsi (əgər valideynin təminat məktubunda uşağın (uşaqların) adı (adları) qeyd edilibsə bu sənədin təqdim edilməsinə ehtiyac yoxdur);
5. uşağın Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz edilmədiyinə dair digər valideynin razılıq ərizəsi (ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Səfirlikdə şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə;
 
Qeyd: Əgər ərizəçi 14 – 18 yaşında olan uşaqları ilə birgə vəsatəti təqdim edirsə:
1. həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə - anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);
2. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə Ərizə-anket (ərizə-anket 5 (beş) nüsxədə doldurulmalı);
3. 5 (beş) ədəd biometrik fotoşəkil (35 mm x 45 mm), (fotoşəkillər anketlərin 1-ci səhifəsində fotoşəkilin yapışdırılması üçün nəzərdə tutulmuş yerə yapışdırılmalı);
4. uşağa (uşaqlara) aid sənədlərin surəti və Azərbaycan dilinə tərcümələri əlavə edilməlidir (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və sairə);
5. Tərcümeyi-hal;
6. uşağın (uşaqların) valideynlə birgə Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etmədiyinə dair razılıq ərizəsi (ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Səfirlikdə şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur);
7. hər iki valideynin uşağın (uşaqların) Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etməməsinə dair razılıq ərizəsi (ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Səfirlikdə şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə;
Qeyd: Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizənin, ərizə-anketin və tərcümeyi-halın kompüterdə yazılması məqsədəuyğundur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi müraciətlərinə baxılması 18 ayadək davam edə bilər.
Qeyd: Xarici dillərdə təqdim edilən bütün sənədlər Azərbaycan dilinə tərcüməsi ilə birgə təqdim edilməlidir.
Qeyd: Almaniya Federativ Respublikasının rəsmi orqanları tərəfindən ərizəçinin AFR vətəndaşlığına qəbul ediləcəyinə dair təminat məktubunun (Einbürgerungszusicherung) eləcə də şəxsiyyəti təsdiq edən sənədlərin etibarlıq müddəti müraciətin Konsulluğa təqdim edildiyi tarixdən etibarən ən azından dörd aylıq etibarlıq müddəti olmalıdır. 
Qeyd: Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan düzəliş edilməsi üçün ərizəçiyə geri qaytarılacaqdır.                                                                   

 



Konsulluq xidməti və Viza
Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Azərbaycanda tanınması ilə bağlı yeni qaydalar Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Yüksəkixtisaslı Miqrant Proqramı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti