Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları
Şəxsiyyəti təsdiq edən müvafiq etibarlı sənədləri olmayan vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi məqsədilə Səfirliyin Konsulluq bölməsinə aşağıdakı sənədləri təqdim etməlidirlər:
-
Ərizə-anket (word) (PDF) (anket tam cavablandırılmalıdır);
-
Fotoşəkil - 2 ədəd (3x4);
-
Şəxsiyyəti təsdiq edən hər hansı sənədin surəti (doğum haqqında şəhadətnamə, etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, köhnə SSRİ pasportu, valideynlərə məxsus sənədlər və s.). Qeyd: Yalnız doğum haqqında şəhadətnaməsi olan şəxslər valideynlərinin sənədlərinin (pasport və ya şəxsiyyət vəsiqəsi) surətini də təqdim etməlidirlər. Diqqət! Təqdim olunan sənəd digər ölkənin müvafiq qurumu tərəfindən rəsmiləşdirildiyi halda (məs. AFR müvafiq qurumu tərəfindən verilmiş doğum haqqında şəhadətnamə) həmin sənədin Azərbaycan dilinə tərcüməsi təqdim edilməlidir.
-
10 avro məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz (Qeyd: Avronun ABŞ dollarına məzənnəsi və avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği)
Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601
Botschaft der Republik Aserbaidschan
COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
IBAN: DE73100400000266153601
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.
Qeyd: Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi 2 (iki) ayadək davam edə bilər (cavab iki ay müddətindən sonra elektron poçt (consul_berlin@mission.mfa.gov.az) vasitəsilə sorğu edilə bilər.
Qeyd: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.
Son yenilənmə tarixi: 31.10.2024