“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Ticarət və İqtisadi əməkdaşlıq

İqtisadi əməkdaşlıq

Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin məlumatına əsasən, 2020-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 65% təşkil etmişdir. Eyni zamanda, Almaniyanın Federal İqtisadiyyat və İxraca Nəzarət Ofisinin məlumatına istinadən, Azərbaycan Almaniyanı neftlə təmin edən ölkələr sırasında 2020-ci ildə 9-cu yerdə olmuşdur. 2020-cu ildə Azərbaycandan Almaniyaya təqribən 2,5 milyon ton xam neft ixrac edilmişdir. 

İki ölkə arasında ən yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlər, eləcə də Azərbaycanın biznes imkanlarının və “Made in Azerbaijan” brendinin təşviq olunması məqsədilə Almaniyada keçirilən biznes forumlar ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verir və ikitərəfli iqtisadi münasibətləri yeni mərhələyə qaldırır.

5 may 2011-ci ildə Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupu təsis edilmişdir. Hazırda onun həmsədrləri AR İqtisadiyyat Nazirinin müavini R.Nəcəf və AFR Federal İqtisadiyyat və Energetika Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru E.Frantsdır. İşçi Qrupun indiyədək iclasları 2011-ci ilin 19-21 oktyabrında Berlində, 2012-ci ilin 13 noyabrında Bakıda, 2013-cü ilin 17-18 iyulunda Berlində, 2014-cü ilin 29-30 sentyabrında Bakıda, 2015-ci ilin 5 noyabrında Berlin şəhərində, 2016-cı ilin 23-24 noyabrında Bakıda, 2017-ci ilin 22 noyabrında Berlində və 2019-cu ilin 31 yanvar tarixində Bakıda keçirilmişdir. 

12 noyabr 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası açılmışdır. Alman-Azərbaycan Xarici Ticarət Palatasının hər iki tərəfdən təxminən 150 üzvü vardır. Alman-Azərbaycan Xarici Ticarət Palatası alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir.

Azərbaycanın iqtisadi və turizm potensialının Almaniyada təşviq olunması məqsədilə ölkəmiz hər il Almaniyada keçirilən müxtəlif beynəlxalq sərgilərdə milli stendi ilə iştirak edir.

 

Almaniya və Azərbaycan arasında ticarət dövriyyəsi

 

(min Avro)

İl İdxal İxrac Ticarət dövriyyəsi Saldo
2012 779 971,3 964 767,3 1 744 738,6 184 796
2013 823 024,4 1 356 735,3 2 179 759,7 533 710,9
2014 703 636,9 1 925 563,4 2 629 200,3 1 221 926,5
2015 689 996,7 1 223 961,8 1 913 958,5 533 965,1
2016 399 192,0 610 831,4 1 010 023,4 211 639,4
2017 352 238 1 002 868 1 355 106 650 630
2018 433.709 1.442.094 1.875.803 1.008.385
2019 439.634 1.348.284 1.787.918 908.650
2020 358.775 734.051 1.092.826 375.276

 

 

Azərbaycanın bir sıra şirkətlərinin Almaniyada nümayəndəlikləri mövcuddur. 

 

SOCAR Germany

Börsencenter

Taubenstraße 7-9 

60313 Frankfurt am Main 

Tel.: +49 (0)69 297 287-50 

Fax: +49 (0)69 297 287-51 

E-mail: info@socar.de 

Web: www.socar.de

 

SOCAR Germany, Büro Berlin

IHZ

Friedrichstraße 95

10117 Berlin 

Tel.: +49 (0)30 - 2061 4627

 Web: www.socar.de

 

Azerbaijan Airlines

Augsburger Straße 31

10789 Berlin

Tel.: +49 (0) 30-54 82 29 08
Fax: +49 (0) 30-53 05 10 65

E-mail: berlin@azal.az

Web: www.azal.az

 

Azerbaijan Airlines

Kaiserstr. 77

60329 Frankfurt

Tel.: Call Center - 01805 161 220 (reservations)

Tel.: 069-770 673 044 (sales and marketing)

E-mail: frankfurt@azal.az

Web: www.azal.az

 

International Bank of Azerbaijan

Myliusstr. 25

60323 Frankfurt am Main

Tel: 069-71585770, 069-71585769

Fax: 069-71588681

E-Mail: info@ibar-germany.defrankfurt.repoffice@ibar-germany.de

Web: www.ibar.az

 

 

Alman-Azərbaycan Xarici Ticarət Palatası

Winter Park Plaza, 7-ci mərtəbə

Rəsul Rza küç. 75

AZ 1014 Bakı, Azərbaycan

Tel.: +994 (0)12 497 63 06/07

Fax: +994 (0)12 497 63 05

E-mail: mail@ahk-baku.de

Web: www.ahk-baku.de

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti

Nizami küç. 10, 5-ci mərtəbə

AZ 1001 Bakı, Azərbaycan

Tel.: +99 4 12 497 80 68

Fax: +99 4 12 497 80 69

E-mail: giz-aserbaidschan@giz.de

Web: www.giz.de

 

 

 

 

 

 

 

 



Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti