“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Təhsil haqqında sənədlərin leqallaşdırılması Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Əsas yüksək səviyyəli səfərlər və görüşlər

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı yüksək səviyyəli səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapmışdır.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri:

- Azərbaycan Respublikasının Prezidentinin AFR-ə 17 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev: 01-4.07.1996; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: 24-26.08.2004, 22-23.09.2006, 14-16.02.2007, 21-22.11.2009, 04-06.02.2010, 03-05.02.2012, 20-21.01.2015, 06-08.02.2015, 12-14.02.2016, 06-07.06.2016, 17-19.02.2017, 14-16.02.2020, 16-18.02.2023, 13-14.03.2023, 16-18.02.2024, 25-26.04.2024).

- Almaniya Federal Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Respublikasına rəsmi səfəri: 1-2.04.2025.

 

Baş nazirlərin qarşılıqlı səfərləri:

- Azərbaycan Respublikasının Baş nazirinin Almaniyaya 1 (işgüzar) səfəri həyata keçirilmişdir (Baş nazir A.Rasizadə: 21-23.10.2000);

- Almaniya Federal Kanslerinin AR-ə 1 (rəsmi) səfəri həyata keçirilmişdir (federal kansler A.Merkel: 25.08.2018).

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri:

- Azərbaycan Respublikasının xarici işlər nazirinin Almaniyaya 14 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir (nazir E.Məmmədyarov: 5-7.07.2006; 4-6.02.2008, 28-30.06.2010, 4-6.02.2011, 18-19.10.2012, 01-03.02.2013, 31.01-02.02.2014, 11.05.2016, 08-09.12.2016, 16-17.02.2018, 15-17.02.2019); nazir C.Bayramov: 28-29.03.2022, 16-18.02.2023, 28-29.02.2024);

- Almaniya Federativ Respublikasının xarici işlər nazirinin Azərbaycana 8 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir (nazir K.Kinkel: 22.12.1995; nazir Y.M.Fişer: 20-21.05.2001, 21-22.04.2004; nazir F-V.Ştaynmayer: 19.02.2007; nazir Q.Vestervelle: 14-15.03.2012; nazir F-V.Ştaynmayer: 22-23.10.2014, 30.06.2016; nazir A.Berbok: 04.11.2023).

 

2006-cı ildən başlayaraq, iki ölkə arasında xarici işlər nazirinin müavini səviyyəsində siyasi məsləhətləşmələr həyata keçirilir. 2018-ci ilin 6 fevral tarixində Berlində keçirilmiş siyasi məsləhətləşmələrdə AR xarici işlər nazirinin müavini Xələf Xələfov AFR XİN, Kansler Administrasiyası və Bundestaqda görüşlər keçirmişdir. Azərbaycan tərəfdən nümayəndə heyətinin rəhbəri qismində 2019, 2020, 2021, 2023-cü illərdə AR xarici işlər nazirinin müavini Xələf Xələfovun, 2024-cü və 2025-ci illərdə isə AR xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti raundları keçirilmişdir.

 

İki dövlət arasında parlamentlərarası əməkdaşlığı Azərbaycan tərəfindən Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu (rəhbəri millət vəkili Nurlan Həsənov), Almaniya tərəfindən isə Almaniya-Cənubi Qafqaz parlament qrupu (rəhbəri Solçular Partiyasının deputatı Mirze Edis) həyata keçirir. Hər iki tərəfdən deputatların qarşılıqlı olaraq çoxlu sayda səfərləri bu münasibətlərin təşviq olunmasına mühüm töhvə verir. 

 

- Azərbaycan Respublikası Milli Məclisi sədrinin Almaniyaya 2 səfəri həyata keçirilmişdir (spiker O.Əsədov: 8-10.09.2019; spiker S.Qafarova: 29-30.11.2023);

- Almaniya Bundestaqının vitse-prezidentinin Azərbaycana 1 səfəri həyata keçirilmişdir (vitse-prezident K. Göring-Ekart: 18.07.2022).

 

Yüksək səviyyəli səfərlərin xronologiyası:

 

  • 22 dekabr 1995-ci il – AFR Xarici İşlər naziri Klaus Kinkelin AR-a səfəri

  • 1-4 iyul 1996-cı il – AR Prezidenti Heydər Əliyevin AFR-ə rəsmi səfəri

  • 21-23 oktyabr 2000-ci il – AR Baş Naziri Artur Rəsizadənin AFR-ə işgüzar səfəri (Hannoverdə  keçirilmiş "Expo-2000" ümumdünya sərgisində iştirak)

  • 20-21 may 2001-ci il  – AFR Xarici İşlər naziri Yozef Martin Fişerin AR-a rəsmi səfəri

  • 21-22 aprel 2004-cü il  – AFR Xarici İşlər naziri Yozef Martin Fişerin AR-a rəsmi səfəri

  • 24-26 avqust 2004-cü il – AR Prezidenti İlham Əliyevin AFR-ə rəsmi səfəri

  • 5-7 iyul 2006-cı il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə rəsmi səfəri

  • 22-23 sentyabr 2006-cı il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri

  • 14-16 fevral 2007-ci il – AR Prezidenti İlham Əliyevin AFR-ə rəsmi səfəri

  • 19 fevral 2007-ci il – AFR Xarici İşlər naziri Frank-Valter Ştaynmayerin AR-a rəsmi səfəri

  • 4-6 fevral 2008-ci il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

  • 21-22 noyabr 2009-cu il – AR Prezidenti İlham Əliyevın AFR-ə işgüzar səfəri (Münhen)

  • 4-6 fevral 2010-cu il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Berlin, Münhen)

  • 28-30 iyun 2010 – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə rəsmi səfəri

  • 4-6 fevral 2011-ci il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

  • 3-5 fevral 2012-ci il – AR Prezidenti İlham Əliyevin AFR-a işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

  • 14-15 mart 2012-ci il – AFR Xarici İşlər naziri Quido Vestervellenın AR-a rəsmi səfəri

  • 18-19 oktyabr 2012-ci il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə rəsmi səfəri

  • 1-3 fevral 2013-cü il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

  • 31 yanvar-2 fevral 2014-cü il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

  • 22-23 oktyabr 2014-cü il –AFR Xarici İşlər naziri Frank-Valter Ştaynmayerın AR-a rəsmi səfəri

  • 20-21 yanvar 2015-ci il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Berlin)

  • 6-8 fevral 2015-ci il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

  • 12-14 fevral 2016-cı il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

  • 11 may 2016-cı il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Berlin)

  • 6-7 iyun 2016-cı il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Berlin)

  • 30 iyun 2016-cı il – AFR Xarici İşlər naziri Frank-Valter Ştaynmayerın AR-a səfəri

  • 8-9 dekabr 2016-cı il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Hamburq) 

  • 17-19 fevral 2017-ci il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

  • 16-17 fevral 2018-ci il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

  • 25 avqust 2018-ci il – AFR Federal Kansleri Angela Merkelin Azərbaycan Respublikasına rəsmi səfəri

  • 15-17 fevral 2019-cu il – AR Xarici İşlər naziri Elmar Məmmədyarovun AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

  • 8-10 sentyabr 2019-cu il - AR Milli Məclisinin sədri Oqtay Əsədovun AFR-ə səfəri (Berlin)

  • 14-16 fevral 2020-ci il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

  • 17-18 fevral 2023-cü il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

  • 13-14 mart 2023-cü il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri

  • 16-18 fevral 2024-cü il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri (Münhen Təhlükəsizlik Konfransı)

  • 25–26 aprel 2024-cü il – AR Prezidenti İlham Əliyevin AFR-ə işgüzar səfəri ("15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak)

  • 1-2 aprel 2025-ci il – AFR Federal Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Respublikasına rəsmi səfəri

 

(Son yenilənmə: 07.01.2026)



Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Təhsil haqqında sənədlərin leqallaşdırılması Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti