Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
Ölümün qeydə alınması
Xarici ölkələrdə yaşayan aşağıda göstərilən kateqoriya şəxslər vəfat etdikdə onların ölümünün qeydə alınması (yəni ölüm faktının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının akt qeyd kitabına qeyd edilməsi və ölmüş şəxsin adına ölüm haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən aparılır:
- xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları;
- Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi olduğu təqdirdə);
- Eyni zamanda, xarici ölkə ərazisindən keçərkən (qatarda, gəmidə, təyyarədə yol gedərkən) yolda vəfat edən Azərbaycan Respublikasının vətəndaşlarının ölümü ən yaxın ölkədəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğu tərəfindən aparıla bilər.

Ölümün qeydə alınması üçün tələb olunan sənədlər:
1.ölümün qeydə alınması haqqında şifahi müraciət və ya yazılı ərizə;
2.mərhumun şəxsiyyətini təsdiq edən sənədlər:
2.mərhumun şəxsiyyətini təsdiq edən sənədlər:
Azərbaycan Respublikası vətəndaşının pasportu, şəxsiyyət vəsiqəsi, dənizçinin şəxsiyyət sənədi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən digər rəsmi sənəd;
3.ölüm faktı haqqında müvafiq xarici ölkənin tibb müəssisəsinin arayışı və ya ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi.
Ölümün qeydə alınması üçün ölmüş şəxsin qohumları, qonşuları, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyəti və ya başqa şəxslər bu barədə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğuna məlumat verməlidirlər. Eyni zamanda, ölüm faktı haqqında müvafiq xarici ölkənin tibb müəssisəsinin sənədi ilə (ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Belə məlumat və təsdiqləyici sənəd ölümün baş verdiyi vaxtdan on gündən gec olmayaraq təqdim edilməlidir.