“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
Viza

 

Almaniya Federativ Respublikasının vətəndaşları və Almaniyada yaşamaq hüququ olan əcnəbilər Azərbaycan Respublikasına səfər etmək üçün giriş vizası almaq hüququna malikdirlər.

Viza aşağıdakı üsullarla rəsmiləşdirilə bilər:

  

ASAN Viza (e-Visa) - https://www.evisa.gov.az/az/

“ASAN Viza” Elektron Viza Portalı vasitəsilə 3 (üç) iş günü müddətində elektron vizanın onlayn şəkildə rəsmiləşdirilməsi mümkündür. Həmçinin qeyri-iş günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş e-vizanın rəsmiləşdirilməsi mümkündür.

“ASAN Viza” sistemi vasitəsilə əcnəbilər Azərbaycan Respublikasında qalma müddətini 30 (otuz) günədək müəyyən edən birdəfəlik elektron vizanı onlayn formatda əldə edə bilərlər. Ətraflı məlumat üçün: https://www.evisa.gov.az/az/information

E-Viza verilən ölkələrin siyahısı: https://evisa.gov.az/az/countries

Elektron vizanın rəsmiləşdirilməsi üçün https://www.evisa.gov.az internet ünvanı vasitəsilə birbaşa müraciət olunmalıdır. Elektron vizanın alınması üçün zəruri olan məlumatlar müraciətçilər tərəfindən birbaşa “ASAN Viza” sisteminə onlayn şəkildə daxil edilir və vizanın rəsmiləşdirilməsinə görə dövlət rüsumu sistem vasitəsilə elektron qaydada ödənilir. Elektron viza müraciət etmiş şəxsin elektron poçt ünvanına (e-mail) göndərilir.

“ASAN Viza” sistemi ilə əlaqədar yaranmış suallar (və ya yarana bilən hər hansı texniki problemilə bağlı birbaşa portalın operatoru funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət etməyiniz xahiş olunur: https://evisa.gov.az/az/contact

  

Səfirlikdə viza müraciəti qaydaları

AFR vətəndaşları və Almaniyada yaşamaq hüququ olan əcnəbilər tək və ya çoxdəfəli giriş vizası ilə bağlı Səfirliyin konsulluq bölməsinə müraciət edə bilərlər. Vizanın rəsmiləşdirilməsi prosesi 10 iş gününədək davam etdiyini nəzərə alaraq müraciətçilərdən tələb olunan sənədlərin Səfirliyin konsulluq bölməsinə əvvəlcədən təqdim edilməsi tövsiyə olunur. Viza rəsmiləşdirilməsi üçün sənədlər Səfirliyin konsulluq bölməsinə ərizəçilər tərəfindən şəxsən və ya poçt vasitəsilə təqdim edilə və təhvil alına bilər.

Diqqət!: Viza üçün ərizə-anket tam cavablandırılmadığı və tələb olunan sənədlər tam şəkildə tərtib və təqdim edilmədiyi halda viza müraciəti qəbul edilməyəcək və sənədlər geri qaytarılacaqdır. Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır. 

Qeyd: Viza üçün tələb olunan sənədlərin Səfirliyin konsulluq bölməsinə şəxsən təqdim edilməsi və ya poçt vasitəsilə göndərilməsi mümkündür.

Şəxsən təqdim edildiyi halda: Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARIBazar ertəsi, Çərşənbə və Cümə günləri saat 09:00-dan - 12:00-dəkdir.

Poçt vasitəsilə təqdim edildiyi halda: Sənədlər poçt vasitəsilə təqdim edildiyi və geri göndəriləcəyi halda üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış zərfin (“Luftpolsterversandtaschen” tipli zərf tövsiyə olunur) və sifarişli məktub (“Einschreiben”) üçün poçt markalarının təqdim edilməsi zəruridir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır. Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.

 

Şəxsi, işgüzar, elm və təhsil ilə bağlı səfərlər üçün tələb olunan sənədlərin siyahısı:

  1. Ərizə-anket (ərizə-anket çap hərflərlə tam doldurulmalıdır);
  2. Pasport və onun surəti (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən ən azı 3 ay artıq olmalıdır. Pasportda viza üçün nəzərdə tutulan boş səhifə olmalıdır);
  3. Biometrik fotoşəkil - 2 ədəd (3x4);
  4. Şəxsi səfərlər üçün dəvət məktubu: Fiziki şəxslər tərəfindən şəxsi səfər üçün dəvət məktubu (nümunənotarial qaydada təsdiq edilməli və dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə birlikdə təqdim edilməlidir (notarial qaydada təsdiq edilmiş məktubun surəti də təqdim oluna bilər). Qeyd: Dəvət edən Azərbaycan vətəndaşı dəvət məktubunu Azərbaycan dilində tərtib etməlidir. Dəvət edən şəxs Azərbaycanda yaşadığı təqdirdə, dəvət məktubu yerli notariusda notarial qaydada təsdiq edilməlidir. Dəvət edən AR vətəndaşı Almaniyada yaşadığı təqdirdə Azərbaycan dilində tərtib olunmuş dəvət məktubu Almaniyada notarial qaydada təsdiq olunmalıdır və ya dəvət edən şəxs Səfirliyin Konsulluq bölməsinə şəxsən gəlib dəvət məktubunu Səfirliyin konsulluq bölməsində təsdiq etdirməlidir. Qeyd: Dəvət edən şəxs dəvət olunan Avropa İttifaqına üzv olan ölkənin vətəndaşının yaxın qohumu (ər, arvad, uşaqlar, valideynlər, babalar, nənələr və nəvələr) olduğu halda, qohumluq əlaqəsini sübut edən təsdiqedici sənədlərin surəti (nikah və ya doğum haqqında şəhadətnamə) təqdim olunmalıdır. Yaxın qohumluq əlaqəsini təsdiq edən sənədlər təqdim edildiyi halda Aİ vətəndaşlarından viza rüsumu tutulmur;
  5. İşgüzar, elm və təhsil səfərləri: Hüquqi şəxslər tərəfindən dəvət olunduğu halda, qəbul edən tərəfin (hüquqi şəxsin) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənmiş vəsatətinin əsli və ya surəti. Ətraflı məlumat üçün: https://mfa.gov.az/az/category/viza/azerbaycan-respublikasina-ecnebini-ve-ya-vetendasligi-olmayan-sexsi-devet-etmek-ucun-teleb-olunan-senedler
  6. Almaniyada yaşayan əcnəbilər üçün AFR-də müvəqqəti və ya daimi yaşayış icazəsi;
  7. Dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz.
    Səfirliyin konsuluq bölməsinin bank rekvizitləri:
    Botschaft der Republik Aserbaidschan
    COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
    IBAN: DE73100400000266153601

    Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.

        Qeyd: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlərlə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.

  

Turizm məqsədilə səfər edənlərə viza rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər: 

  1. Ərizə-anket (ərizə-anket çap hərflərlə doldurulmalıdır);
  2. Pasport və onun surəti (pasportun etibarlılıq müddəti viza verildiyi gündən etibarən ən azı 90 gündən tez bitməməlidir və pasportda viza üçün nəzərdə tutulan boş səhifə olmalıdır);
  3. Biometrik fotoşəkil - 2 ədəd (3x4);
  4. Otel sifarişinin surəti (ölkədə qalma tarixlərinə uyğun) və bron edilmiş təyyarə biletinin surəti (eləcə də qatar, avtobus biletinin surəti və ya nəqliyyat vasitəsinin sənədinin surəti);
  5. Almaniyada yaşayan əcnəbilər üçün AFR-də müvəqqəti və ya daimi yaşamaq icazəsi;
  6. Beynəlxalq tibbi səyahət sığortasının surəti; 
  7. Dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz.
    Səfirliyin konsuluq bölməsinin bank rekvizitləri:
    Botschaft der Republik Aserbaidschan
    COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
    IBAN: DE73100400000266153601

    Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.

 

Tranzit kateqoriyalı vizanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Qeyd: Tranzit kateqoriyalı viza təyinat ölkəsinə səfər edən və Azərbaycan Respublikasından tranzit keçən şəxslər üçün rəsmiləşdirilir. Birdəfəlik tranzit vizanın etibarlıq müddəti 1-5 gün təşkil edir. Tranzit viza üçün dövlət rüsumu Aİ ölkələrinin vətəndaşları üçün 35 Avro, digər dövlətlərin vətəndaşları üçün 20 Avro təşkil edir. 

  1. Ərizə-anket (ərizə-anket çap hərflərlə doldurulmalıdır);
  2. Pasport və onun surəti (pasportun etibarlılıq müddəti viza verildiyi gündən etibarən ən azı 90 gündən tez bitməməlidir və pasportda viza üçün nəzərdə tutulan boş səhifə olmalıdır);
  3. Biometrik fotoşəkil - 2 ədəd (3x4);
  4. Təyinat ölkəsinin etibarlı vizası və ya təyinat ölkəsində olma hüququnu təsdiq edən sənədin surəti;
  5. Dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz.
    Səfirliyin konsuluq bölməsinin bank rekvizitləri:
    Botschaft der Republik Aserbaidschan
    COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
    IBAN: DE73100400000266153601

    Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır.

 

Diplomatik, xidməti, rəsmi və ya xüsusi pasportlara malik şəxslər üçün vizasız gediş-gəliş rejimi:

Azərbaycan Respublikası və bir sıra xarici ölkələr arasında qarşılılıq prinsipi əsasında diplomatik, xidməti, rəsmi və ya xüsusi pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş rejimi tətbiq olunur: https://mfa.gov.az/files/shares/Consulate/Vizasiz.pdf

   

Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumlarının dərəcələri:

Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumunun dərəcələri: https://mfa.gov.az/files/shares/Consulate/viza%20rusum.pdf 

  • Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin vətəndaşlarından vizanın rəsmiləşdirilməsi üçün dövlət rüsumu:
    • birdəfəlik giriş viza üçün - 35 Avro
    • çoxdəfəlik giriş viza üçün - 35 Avro

Qeyd: Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdiri̇lməsi̇ni̇n sadələşdiri̇lməsi̇ haqqında sazişin 6-cı maddəsində göstəriləşəxslər viza rüsumundan azaddırlar: http://www.e-qanun.az/framework/27472 

  • Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları üçün viza rüsumu:
    • birdəfəlik giriş viza üçün – 20 Avro
    • çoxdəfəlik giriş viza üçün - 350 Avro
      Qeyd: Avronun ABŞ dollarına məzənnəsi və avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği.
      Daha ətraflı məlumat üçün: https://mfa.gov.az/files/shares/Consulate/viza%20rusum.pdf 
  • Tranzit viza üçün dövlət rüsumu:
    • Aİ ölkələrin vətəndaşlarına - 35 Avro
    • Digər dövlətlərin vətəndaşlarına - 20 Avro        

Diqqət! Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır. 

 

Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq   



Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti