Azərbaycanda insan kapitalının daha da gücləndirilməsi, elm və təhsilin inkişafının təşviq olunması məqsədilə Almaniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, eləcə də ikitərəfli elmi-akademik əməkdaşlıq ölkəmiz üçün maraq kəsb edir.
Almaniya hazırda azərbaycanlıların təhsil almaq üçün üz tutduqları ölkələr arasında ilk sıralarda yer alır.
“Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Almaniyanın aparıcı ali təhsil ocaqları və Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə sıx əməkdaşlıq edilir. Bu xüsusda, 2016/2017-ci akademik ili üzrə Almaniyanın ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı 240 nəfər olmuşdur. 2007-2017-ci illər üzrə bu rəqəm 1974 təşkil etmişdir.
DAAD Almaniyada təhsil almaq istəyən azərbaycanlı tələbələrə təqaüdlər ayırır və alimlərin mübadiləsini təşviq edir. 2019-cu ildə Azərbaycandan 304 tələbə DAAD təqaüdü almışdır. 2023-cü il ərzində DAAD Azərbaycanla akademik mübadilə çərçivəsində ümumilikdə 391 nəfər tələbəyə dəstək vermişdir (onlardan 285 nəfəri azərbaycanlı və 106 nəfəri almandır). Ümumilikdə, hazırda 1600-dən çox azərbaycanlı Almaniyada təhsil alır.
2022-2023 tədris ilində DAAD-nin mübadilə proqramı çərçivəsində Azərbaycan Texniki Universitetinin tələbələri (8 nəfər) maşın mühəndisliyi ixtisası üzrə alman dilində təhsil alıblar. Bu proqram çərçivəsində təhsil alan tələbələr, həmçinin AzTU-nun əməkdaşlıq haqqında müqaviləsi olan Brandenburq Texniki Universitetində təcrübə keçmək, 1 semestr ərzində Almaniyada təhsil almaq imkanı (diplom işlərini müdafiə etmək), konfranslarda və yay məktəblərində iştirak etmək və s. imkanlardan yararlana bilərlər.
2022-ci ilin 7-8 dekabr tarixlərində Brandenburq Texniki Universitetinin (BTU) rektoru xanım Gezine Qrandenin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri baş tutmuşdur. Səfər çərçivəsində Brandenburq Texniki Universiteti və Azərbaycan Texniki Universiteti arasında materiallar texnologiyası ixtisası üzrə ikili diplom müqaviləsi imzalanmışdır.
2018-ci ildə etibarən Bakıda Goethe Mərkəzinin fəaliyyəti alman dilinin ölkəmizdə təbliği və tədrisində mühüm rol oynayır.
2010-2021-ci illərdə Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrası fəaliyyət göstərmişdir.
Almaniya və Azərbaycan universitetləri və tədqiqat institutları arasında elmi-akademik əməkdaşlıq haqqında indiyədək 20-dən artıq sənəd imzalanmışdır.
Azərbaycanın və Almaniyanın əməkdaşlıq edən ali təhsil və elm müəssisələrinin siyahısı:
- “ADA” Universiteti – “Eichstätt - Ingolstadt” Katolik Universiteti;
- Bakı Dövlət Universiteti – “Halle-Wittenberg Martin-Luther“ Universiteti, “Jena Friedrich-Schiller“ Universiteti, “Würzburg Julius-Maximilians“ Universiteti;
- Azərbaycan Milli Elmlər Akademiyası – “Halle-Wittenberg Martin-Luther“ Universiteti;
- Azərbaycan Dövlət İqtisad Universiteti – “Jena Friedrich-Schiller“ Universiteti;
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – “Halle-Wittenberg Martin-Luther“ Universiteti, “Köln” Texniki Universiteti, “Schmalkalden” Tətbiqi Elmlər Universiteti, “Siegen” Universiteti, “Wilhelmshaven/Oldenburg/Elsfleth” – “Jade” Tətbiqi Elmlər Universiteti;
- Azərbaycan Texniki Universiteti – “Cottbus-Senftenberg Brandenburg” Texniki Universiteti, “Jena Ernst-Abbe” Tətbiqi Elmlər Universiteti, “Siegen” Universiteti;
- Azərbaycan Universiteti – “Koblenz” Tətbiqi Elmlər Universiteti, “Vechta” Universiteti;
- Azərbaycan Kooperasiya Universiteti – “Schmalkalden” Tətbiqi Elmlər Universiteti;
- Azərbaycan Memarlıq və İnşaat Universiteti – “Cottbus-Senftenberg Brandenburg” Texniki Universiteti, “Schmalkalden” Tətbiqi Elmlər Universiteti;
- Azərbaycan Dillər Universiteti – “Bochum Ruhr” Universiteti, “Freiburg” Pedaqoji Universiteti, “Kassel” Universiteti;
- Bakı Biznes Universiteti – “Würzburg-Schweinfurt” Tətbiqi Elmlər Universiteti;
- Bakı Slavyan Universiteti – “Augsburg” Universiteti, “Mainz Johannes Gutenberg“ Universiteti, “Tübingen Eberhard Karls“ Universiteti;
- Xəzər Universiteti – “Tübingen Eberhard Karls“ Universiteti;
- Odlar Yurdu Universiteti – “Siegen” Universiteti;
- Qərbi Kaspi Universiteti – “Greifswald” Universiteti, “Siegen” Universiteti, “Schmalkalden” Tətbiqi Elmlər Universiteti;
- Azərbaycan Dövlət Aqrar Universiteti – “Weihenstephan-Triesdorf” Tətbiqi Elmlər Universiteti, “Göttingen Georg-August” Universiteti;
- Azərbyacan Texnologiya Universiteti – “Schmalkalden” Tətbiqi Elmlər Universiteti, “Weihenstephan-Triesdorf” Tətbiqi Elmlər Universiteti;
- Naxçıvan Universiteti – “München Ludwig-Maximili.
(Son yenilənmə: 21.01.2025)