“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları
Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin konsulluq bölməsinə müraciət etməli, pasport üçün şəkil çəkdirməli, əl-barmaq izlərini verməli və imza çəkməlidir. Bununla yanaşı aşağıda göstərilən sənədlər təqdim olunmalıdır. Nəzərə alınmalıdır ki, Səfirliyin konsulluq bölməsində yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi prosesi 3 (üç) ayadək davam edə bilər. 
 
Diqqət! Pasportların rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu yalnız əvvəlcədən görüş vaxtı (Termin) təyin olunmaqla həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 09.00-dan 12.00-dək Səfirliyin Konsulluq bölməsində aparılır. Görüş vaxtı (Termin) yalnız online şəkildə təyin olunur. Görüş vaxtı (Termin) təyin olunmadan pasport müraciətləri qəbul edilmir. Qeyd: Pasportun rəsmiləşdirilməsi üçün götürülmüş görüş vaxtı yalnız bir şəxsə şamil olunur. Termin təyin etmək üçün bu linkə daxil olunhttps://appointment.mfa.gov.az/az  
 
Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər
 
18 yaşı tamam olmuş şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
  1. Şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti;
  2. Ümumvətəndaş pasportunun verilməsi haqqında doldurulmuş ərizə-anket (Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8  saylı qrafaları tam doldurulmalı və şəxsi imzası qrafasında imza atılmalıdır);
  3. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (Diqqət! Fotoşəkillər yalnız ərizə anket üçün tələb olunur. Pasport üçün şəkil Səfirliyin konsulluq bölməsinə çəkilir); 
  4. Konsulluq qeydiyyatı haqqında anket (konsulluq qeydiyyatı aparılıbsa və bununla əlaqədar pasportun müvafiq səhifəsində təsdiq qeydi varsa anketin doldurulmasına ehtiyac yoxdur);
  5. 18-35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən hərbi biletin əsli və surəti və ya möhlət hüququnu təsdiq edən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbəsinin arayışı;
  6. Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 avro məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz. 
          Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
          Botschaft der Republik Aserbaidschan
          COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
          IBAN: DE73100400000266153601
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Diqqət! Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır. Dövlət rüsumu həmçinin bank kartı ilə POS-terminal vasitəsilə Səfirliyin konsulluq bölməsində ödənilə bilər.
Diqqət!: 18-35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi və ya dəyişdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi biletinin əsli və ya möhlət hüququnu təsdiq edən müvafiq hərbi komissarlığın arayışı təqdim edilməlidir. Sözügedən sənədi təqdim etməyən şəxslərin pasport ilə bağlı müraciətləri qəbul edilmir.
Qeyd: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.
 
18 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
  1. Şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti, 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə isə doğum haqqında şəhadətnamənin əsli (və onun Azərbaycan dilinə tərcüməsi) və surəti;
  2. 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə qan qrupu haqqında arayış;
  3. Ümumvətəndaş pasportunun verilməsi haqqında doldurulmuş ərizə-anket (Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8  saylı qrafaları tam doldurulmalı və şəxsi imzası qrafasında imza atılmalıdır);
  4. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (Diqqət! Fotoşəkillər yalnız ərizə anket üçün tələb olunur. Pasport üçün şəkil Səfirliyin konsulluq bölməsinə çəkilir); 
  5. Konsulluq qeydiyyatı haqqında anket (konsulluq qeydiyyatı aparılıbsa və bununla əlaqədar pasportun müvafiq səhifəsində təsdiq qeydi varsa anketin doldurulmasına ehtiyac yoxdur);
  6. Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin razılıq ərizəsi. Razılıq ərizəsi əvvəlcədən doldurulmalı və hər iki valideyin Səfirliyin konsulluq bölməsinə şəxsən gəldiyi halda, razılıq ərizəsi konsulluqda valideynlər tərəfindən şəxsən imzalanmalıdır. Valideynlərdən biri və ya hər ikisi Konsulluğa gəlmədiyi halda Konsulluğa gəlməyən valideynin və ya valideynlərin razılıq ərizəsi notarial qaydada təsdiq edilməlidir. Razılıq ərizəsi Azərbaycan dilində tərtib olunmalıdır;
  7. Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (pasport və ya şəxsiyyət vəsiqələri);
  8. Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 avro məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz. 
          Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri:
          Botschaft der Republik Aserbaidschan
          COMMERZBANK, Konto No: 26 61 53 601, BLZ: 100 40 000
          IBAN: DE73100400000266153601
Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Diqqət! Səfirlikdə nağd ödənişlər qəbul olunmur. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır. Dövlət rüsumu həmçinin bank kartı ilə POS-terminal vasitəsilə Səfirliyin konsulluq bölməsində ödənilə bilər.
Qeyd: Müraciət edən şəxslərdən yuxarıda göstərilən sənədlər ilə yanaşı öz telefon nömrələrini və e-mail ünvanlarını qeyd etmələri xahiş olunur.
 
Diqqət!: Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə yuxarıda qeyd olunan dövlət rüsumu ilə yanaşı, ümumvətəndaş pasportun rəsmiləşdirilməsi üçün müraciət etməzdən öncə və ya pasport üçün müraciət etdikdən sonra on iş günü ərzində ASAN Xidmətdə dövlət rüsumu ödənilməlidir. Qeyd edilən dövlət rüsumunun həmçinin ASAN ödəniş sistemi (https://www.asanpay.az) vasitəsilə onlayn şəkildə ödənilməsi mümkündür (qeyd edilən portallarda ödənişi yalnız etibarlıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsi ilə etmək mümkündür). Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, eləcə də itirilməsi və ya korlanması ilə bağlı dövlət rüsumunun məbləği barədə ətraflı məlumat https://asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi internet səhifəsindən əldə edilə bilər.

 

Qeyd: Yeni ümumvətəndaş pasportu hazır olduqda, vətəndaşlar pasportunu şəxsən Səfirliyin Konsulluq bölməsindən qəbul saatları zamanı növbə götürmədən təhvil ala bilərlər. Səfirliyin konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARIBazar ertəsi, Çərşənbə və Cümə günləri saat 09:00-dan - 12:00-dəkdir.
Qeyd: Yeni ümumvətəndaş pasport poçt vasitəsilə geri göndəriləcəyi halda, üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış zərfin (“Luftpolsterversandtaschen” tipli zərf tövsiyə olunur) və sifarişli məktub (“Einschreiben”) üçün poçt markalarının təqdim edilməsi zəruridir. Diqqət! Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.
Qeyd: Ümumvətəndaş pasportu itirildikdə və ya oğurlandıqda polis və ya müvafiq səlahiyyətli qurumun arayışı təqdim edilməlidir.
 
Son yenilənmə tarixi: 31.10.2024 


Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti