28 May - Azərbaycan Respublikasının Müstəqillik Günüdür
Bu gün Azərbaycanın qədim dövlətçilik ənənələri tarixində mühüm yer tutan, dövrünün və coğrafiyasının ən mütərəqqi dövlətlərindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından 107 il ötür.
28 May - Müstəqillik Günü kimi qeyd olunan bu əlamətdar tarix münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, ilk Respublikamızın varisi olan müstəqil dövlətçiliyimizə - Azərbaycan Respublikasına davamlı inkişaf, sülh, sabitlik və firavanlıq arzu edirik.
Müstəqillik Günümüz Mübarək!