“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 may 2017

28 May-Respublika günü Almaniyada təntənəli şəkildə qeyd edilib

24 may tarixində Almaniyanın paytaxtı Berlin şəhərində 28 May-Respublika Günü münasibətilə qəbul keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbirdə çıxış edib. Səfir 99-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının xalqımızın siyasi, iqtisadi və mədəni həyatında imza atdığı nailiyyətlərdən danışıb, müasir Azərbaycan Respublikasının məhz ADR-in dünyəvi, demokratik və müasir dəyər və ideyalarını yaşatdığını diqqətə çatdırıb.

R.Həsənov qeyd edib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin davamlı olaraq həyata keçirilməsi ilə Azərbaycan bugün regionda sabitlik lövbəri və etibarlı tərəfdaşa çevrilib. Səfir Azərbaycanın Avropa və Asiya, Şərq və Qərb arasında körpü rolu oynadığını, sivilizasiyaların qovşağında yerləşən ölkəmizin multikultural və dini tolerantlıq dəyərləri ilə yanaşı çoxqütblü və balanslı xarici siyasəti ilə səciyyələndiyini bildirib. R.Həsənov bugünlərdə İslam Həmrəyliyi Oyunlarını keçirən ölkəmizin idman tarixində ilk Avropa Oyunlarının da meydan sahibi olduğunu vurğulayıb.

 Səfir Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığından, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında oynadığı roldan bəhs edib.

Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir 2017-ci ilin Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi və iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə səciyyələndiyini qeyd edib. R.Həsənov iki ölkə arasında bütün sahələrdə dərin əməkdaşlığın mövcud olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfərlərinin bu münasibətlərə böyük töhfə verdiyini bildirib.

R.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda məlumat verib və Almaniyanın Minsk Qrupunun üzvü kimi bu münaqişənin ədalətli və sülh yolu ilə həllinə töhfə verməyə çağırıb.

AFR XİN-in xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, səfir Haydrun Tempel çıxış edərək AFR hökuməti adından Azərbaycanı ölkəmizdə demokratik respublikanın qurulmasının 99-cu ildönümü münasibətilə təbrik edib.

H.Tempel 19-cu əsrin əvvəllərində Azərbaycana alman köçlərindən, ölkəmizdə salınmış alman məskənlərindən, Helenendorf, Georgsfeld və digər tarixi qəsəbələrdə yaşayan almanların iqtisadi həyatdakı uğurlarından bəhs edib. H.Tempel Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin YUNESKO səviyyəsində də qeyd edildiyini bildirib. 

Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin 25-ci ildönümünə toxunan H.Tempel iki ölkənin həm hökumətləri, həm də vətəndaşları arasında sıx əlaqələrin mövcud olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfərlərinin və digər hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin bu münasibətləri daha da sıxlaşdırdığını qeyd edib.

H.Tempel ölkələrimiz arasında iqtisadi əməkdaşlıqdan danışaraq, cənab Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin iyun ayında Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun keçirildiyini, Bakıda fəal Alman-Azərbaycan Ticarət Palatasının mövcud olduğunu diqqətə çatdırıb, enerji təchizatı sahəsində mövcud olan strateji tərəfdaşlığı vurğulayıb.

AFR hökumətinin nümayəndəsi ölkələrimiz arasında mədəniyyət münasibətlərinin də geniş olduğunu, Azərbaycanda Goethe Mərkəzinin açılması barədə qəbul edilmiş qərarı alqışladığını bildirib.  

H.Tempel multikultural dəyərləri ilə seçilən Azərbaycanın öz tarixi təcrübəsini beynəlxalq səviyyədə bölüşdüyünü, müxtəlif mədəniyyətlər arasında körpü yaradılması üçün çoxsaylı tədbirlər həyata keçirdiyini bildirib, Bakı Prosesi və Bakı Humanitar Forumunun bu istiqamətdə əhəmiyyətini vurğulayıb.

H.Tempel Almaniyanın ATƏT-in Minsk Qrupunun və ATƏT Troykasının üzvü kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupunun vasitəçilik səylərini bundan sonra da intensiv şəkildə dəstəkləmək niyyətində olduğunu, sabitləşdirici tədbirlər vasitəsilə atəşkəsin möhkəmləndirilməsinə və paralel olaraq münaqişənin davamlı həlli üçün danışıqların aparılmasına çalışdığını diqqətə çatdırıb.

Daha sonra tədbir iştirakçıları ziyafətə dəvət olunublar.

Tədbirdə Azərbaycan musiqisinin nümunələri səsləndirilib.

Tədbir iştirakçılarına ölkəmiz haqqında məlumat broşürləri və alman dilində dərc olunmuş İRS/ERBE jurnalının sayları təqdim olunub.

Tədbirdə AFR Bundestaqı, Kansler Administrasiyası, Xarici İşlər, İqtisadiyyat və Enerji, İqtisadi Əməkdaşlıq, Səhiyyə, Ədliyyə Nazirlikləri və digər dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi, iqtisadi, mədəni dairələrin, Berlindəki xarici diplomatik missiyaların, Almaniyadakı Azərbaycan diasporunun üzvləri və mətbuat təmsilçiləri iştirak ediblər.

 

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti