“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 aprel 2017

Aİ-Azərbaycan Biznes Forumu

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) böyük məmnuniyyətlə Sizi 8 İyun 2017-ci il tarixində, JW Marriott Abşeron Bakı Hotelində keçiriləcək, Avropa İttifaqı tərəfindən dəstəklənən  Aİ-Azərbaycan Biznes Forumuna dəvət edir. Biznes Forumun keçirilməsində əsas məqsəd Aİ və Azərbaycan şirkətləri üçün işgüzar platforma yaratmaq, onların ölkədəki cari biznes mühiti haqqında müzakirələr aparmasına və işgüzar münasibətlər qurmasına yardımçı olmaqdır.

Bir günlük tədbirə hökumət rəsmiləri, müvafiq dövlət qurumlarının mütəxəssisləri və beynəlxalq şirkət nümayəndələrinin qatılacağı panel müzakirələri / seminarlar, o cümlədən ikitərəfli görüşlər daxildir. Tədbirin əsas müzakirə mövzuları aşağıdakı beş sahəni əhatə edəcək:

·         Azərbaycanda iqtisadi islahatlar

·         Kənd təsərrüfatı və Qida

·         Ətraf mühit texnologiyaları

·         Nəqliyyat və Logistika

·         İKT və Elektron ticarət

Bundan əlavə, Aİ-Azərbaycan Biznes Forumu Sizə öz şirkətinizi tanıtmaq və beynəlxalq şirkət nümayəndələri də daxil olmaqla 400-dən artıq iştirakçı arasında biznesinizi təşviq etmək üçün imkanlar yaradır. Sponsorluq imkanları bölümündə xüsusi olaraq bu tədbir üçün təklif olunan sponsorluq paketləri (Qızıl, Gümüş və Bürünc) haqqında əlavə məlumat əldə edə bilərsiniz.

Tədbir İngilis dilində keçiriləcək və Azərbaycan dilinə tərcümə olunacaq. Tədbirdə iştirak ödənişsizdir. Səyahət və yaşayış xərcləri isə iştirakçılar tərəfindən qarşılanır. İstəyə uyğun olaraq, Aİ dövlətlərinin iştirakçılarına yaşayış yerinin tapılması və viza məsələləri ilə bağlı AHK Azərbaycan tərəfindən dəstək göstəriləcək. Tədbir günü həmçinin oteldən tədbir məkanına nəqliyyat xidməti təşkil olunacaq.

Forumla bağlı ətraflı məlumat əldə etmək üçün Proqram, Otel təklifləri, Viza haqqında məlumat bölümünə daxil ola bilərsiniz.

İştirak yalnız əvvəlcədən qeydiyyatdan keçməklə mümkündür. Qeydiyyat üçün son tarix 1 iyun 2017-ci il, saat 18:00-dır. Aİ-Azərbaycan Biznes Forumuna sol tərəfdəki Qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Dəvət məktubları qeydiyyatlar nəzərdən keçirildikdən sonra göndəriləcəkdir. 

Əlavə suallarınız olduğu təqdirdə, Günay Mirzəyeva ilə (Email: euazerbaijan@gmail.com, Tel: +994 12 4483995) əlaqə saxlaya bilərsiniz.

AHK Azərbaycan

 

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti