Almaniya Federativ Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə
“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1040 nömrəli 7 sentyabr 2016-cı il tarixli Fərmanına əsasən 2019-cu il 1-10 oktyabr tarixlərində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınması keçirilir. Almaniya Federativ Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşları bu keçiddəki sorğu vərəqəsini doldurmaqla siyahıyaalmada iştirak edə bilərlər. Doldurulmuş sorğu vərəqələri Səfirliyə poçt (ünvan: Hubertusallee 43, 14193 Berlin) və ya elektron poçt (berlin@mission.mfa.gov.az) vasitəsilə göndərilə bilər.