“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 noyabr 2016

Almaniya Silahlı Qüvvələri Baş Qərargahının Akademiyasında Azərbaycan haqqında tədbir keçirilib

Almaniya Silahlı Qüvvələri (Bundesver) Baş Qərargahının Hamburq şəhərində  yerləşən Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin hazırda həmin Akademiyada təhsil alan iki azərbaycanlı zabitinin təşəbbüsü ilə “Azərbaycan haqqında məlumat günü” keçirilib.

Akademiyanın rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə azərbaycanlı zabitlər tərəfindən tədbir iştirakçılarına ölkəmiz haqda geniş brifinq təqdim olunub, Azərbaycanın coğrafiyası, tarixi, siyasi sistemi, iqtisadiyyatı, mədəniyyəti və ordu quruculuğunda aparılan son islahatlar barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə Azərbaycanın siyasi və iqtisadi inkişafı, regionda aparıcı gücə çevrilməsi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı xarici və daxili siyasətin uğurları diqqətə çatdırılıb, Ermənistanın Azərbaycana hərbi təcavüzü, Xocalı qətliamı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə yönəlmiş səylər barədə ətraflı məlumat verilib.

Brifinqin yekununda Bundesver Baş Qərargahının Akademiyasının rəis müavini və təhsil direktoru, admiral Karsten Snayder çıxış edərək ölkəmizin vacib coğrafi-siyasi mövqeyi və iqtisadi əhəmiyyəti barədə məlumat verib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu vurğulayıb. 

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin Almaniyadakı hərbi attaşesi, polkovnik Mahir Bayramov, Bundesver Baş Qərargahının Akademiyasının professor-müəllim heyəti, akademiyada təhsil alan alman və xarici zabitlər iştirak ediblər. 

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti