Almaniyada qadın şahmatçıların iştirakı ilə şahmat turniri keçirilir
29 iyun- 5 iyul 2019-cu il tarixlərində Almaniyanın Apolda şəhərində şahmat üzrə Almaniyanın və Azərbaycanın qadınlardan ibarət milli komandaları arasında dostluq turniri keçirilir. Bu turnir 2017-ci ildə Bakıda keçirilmiş və yığma komandamızın qələbəsi ilə nəticələnmiş oyunların davamıdır.
29 iyun 2019-cu il tarixində turnirin rəsmi açılış hissəsində Almaniyanın Şahmat Federasiyasının Baş katibi Markus Fenner və Apolda şəhərinin meri Rüdiger Eisenbrand iştirak etmişlər. Tədbirdə, həmçinin Səfirliyin əməkdaşı iştirak etmiş və giriş sözü ilə çıxış etmişdir. O, Azərbaycan dövləti tərəfindən idmana, xüsusilə şahmatın inkişafına verilən diqqətdən, idman sahəsində aparılan islahatlardan, əldə edilmiş nailiyyətlərdən söhbət açmış və şahmatçılarımıza uğurlar arzulamışdır.