Almaniyada səfərdə olan, COVİD 19 pandemiyası ilə bağlı yaranmış vəziyyət ilə əlaqədar ölkəmizə geri dönə bilməyən və təxliyyə üçün səfirliyimizə müraciət etmiş Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
Almaniyada səfərdə olan, COVİD19 pandemiyası ilə bağlı yaranmış vəziyyət ilə əlaqədar ölkəmizə geri dönə bilməyən, təxliyyə üçün səfirliyimizə müraciət edərək qeydiyyata düşmüş vətəndaşlarımızdan bəziləri onlara edilən telefon zənglərinə və ya elektron poçt ünvanı vasitəsilə göndərilən müraciətlərə bu günə qədər cavab verməyiblər.
Berlin-Bakı istiqamətində 19 may 2020-ci ildə nəzərdə tutulan reysin həyata keçirilməsinə çox az vaxt qaldığından bu vətəndaşlarımızdan təcili olaraq səfirliklə əlaqə saxlamaları xahiş olunur:
Tel.: +49 (0)30 219 161 58
Tel.: +49 (0)30 219 161 42
Email: consul_berlin@mission.mfa.gov.az