“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2021

Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib

25 fevral 2021-ci ildə Azərbaycanın Almaniyadakı səfirliyi və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş növbəti, sayca 9-cu „Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri“ mövzusunda simpozium keçirilib. Əvvəlki illərdə bir qayda olaraq Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində keçirilən simpozium bu dəfə pandemiya şərtləri ilə əlaqədar onlayn formatda baş tutub.

Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer simpoziumu giriş sözü ilə açaraq, Xocalı qətliamı və 44 günlük müharibə, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin müxtəlif aspektlərinə toxunub.  

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edib. Xocalı soyqırımı haqda ətraflı məlumat verən səfir hadisələrə beynəlxalq hüquq və aidiyyəti təşkilatların sənədlərinə əsasən qiymət verib, bu cinayətin bütün məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü vurğulayıb. Bildirib ki, Xocalı soyqırımından 29 il keçməsinə baxmayaraq Ermənistan nəinki bu cinayətin səbəbkarlarını cəzalandırmayıb və cinayət törətdiyi Azərbaycan xalqı ilə barışıq üçün heç bir addım atmayıb, əksinə Xocalı cinayətkarlarına Ermənistanda yüksək vəzifələr verilib. Səfir qeyd edib ki, Ermənistanın beynəlxalq hüququ pozması və insanlığa qarşı törətdiyi cinayətlərə dünyanın göz yumması Ermənistan rəhbərliyinin daha da azğınlaşmasına, nəticədə Nikol Paşinyanın rəhbərliyi altında hazırki hökumətin ölkəmizə qarşı daha təcavüzkar və populist davranmasına həvəsləndirib və bu, ötən ilin 27 sentyabrında Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün əks-hücum əməliyyatı başlamasına gətirib çıxarıb.    

Vətən Müharibəsindən danışan Ramin Həsənov Ermənistanın bu dəfə də müharibə cinayətləri törətməsini, mülki əhaliyə və mülki obyektlərə qarşı kasetli silahlar və ballistik raketlərlə hücum etməsi, nəticədə 100-dən çox mülki vətəndaşımızın həlak olması və yüzlərlə mülki obyektin dağıdılmasını vurğulayıb. Səfir münaqişənin başa çatmasından sonra yaranmış vəziyyət, mövcud çağırışlar və Azərbaycanın post-münaqişə dövrü üçün baxışları barədə məlumat verib. 10 noyabr və 11 yanvar bəyanatlarının, eləcə də Azərbaycan, Ermənistan və Rusiya arasında yaradılmış işçi qrupun fəaliyyətinin bölgədə davamlı sülh və regional əməkdaşlığın təmin edilməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayan diplomat Azərbaycan Prezidenti İlham Əliyevin “üç + üç” əməkdaşlıq platforması təşəbbüsünə toxunub, Azərbaycanın regionda sülhə xidmət edən digər ideyalar üçün də açıq olduğunu qeyd edib, Almaniya və digər Avropa ölkələrinin post-münaqişə dövrünün yenidənqurma və etimad quruculuğuna verə biləcəyi töhfələri sadalayıb.

Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri, AFR-in keçmiş ətraf mühit naziri Barbara Hendriks çıxış edərək regionda barışığa nail olunmasının yollarından danışıb. O, Avropa təcrübəsinə istinad edərək, ilk növbədə keçmiş münaqişə tərəfləri arasında ümumi iqtisadi maraqların müəyyən edilməsini təklif edib. Eyni zamanda tərəfləri nifrət və müharibə ritorikasına son qoymağa, qarşı tərəf üçün həssaslıq kəsb edən məsələlərdə ehtiyatlı davranmağa, ilk növbədə iqtisadi əməkdaşlıq və layihələr vasitəsilə etimad yaratmağa çağırıb.   

Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Xocalı qətliamının bir sıra ölkələrdə soyqırımı və insanlığa qarşı cinayət kimi tanındığını bildirib və Avropa dövlətlərinin də bu addımı atmasına çağırış edib. Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun müddətə dondurulmasının və beynəlxalq hüquqa etinasız yanaşmanın yaratdığı nəticələrdən danışıb. Nurlan Həsənov 10 noyabr bəyanatının münaqişəyə son qoyduğunu bildərərək, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair baxışlarını bölüşüb, Almaniya və Avropa İttifaqından gözləntilərini səsləndirib.

Potsdam Universitetinin siyasi iqtisad üzrə professoru, Dağlıq Qarabağ məsələsi üzrə mütəxəssis Vilfrid Fuhrman regionda post-münaqişə dövründə iqtisadi əməkdaşlığın imkanlarından danışıb, regional əməkdaşlığın sülhyaratma potensialını vurğulayıb. Qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə artıq bir sıra layihələrə start verib və regiondakı sülh və sabitliyə töhfə vermək istəyən aktorları bu layihələrə dəstək verməyə çağırıb.

Onlayn tədbirdə Bundestaqın deputatları və əməkdaşları, Almaniyanın Xarici İşlər Nazirliyinin nümayəndələri, siyasi, elmi və mədəni dairələrin, KİV-lərin, Almaniyada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.  

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti