Almaniyanın “Behörden Spiegel” qəzetində səfir Nəsimi Ağayev ilə müsahibə dərc olunub
2025-ci ilin iyul ayında Almaniyanın “Behörden Spiegel” qəzetində səfir Nəsimi Ağayev ilə aparılmış aşağıdakı müsahibə dərc olunub.
“Dost və tərəfdaş
Onun ölkəsi Xəzər dənizi ilə Qafqaz arasında yerləşir, şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, cənubdan İran və qərbdən Ermənistanla həmsərhəddir. Bu Ön Asiya dövlətində on milyon insan yaşayır, ərazisi isə 86 min km²-dir – bu da Avstriya və Lüksemburqun birlikdəki ərazisinə bərabərdir.
Azərbaycan – mədəniyyətlərin və sivilizasiyaların qovşağında, tarixi “İpək Yolu”nun ortasında yerləşən multikultural bir məkan – Almaniya ilə 200 ildən artıq tarixi əlaqələrə malikdir. 18-ci əsrin ikinci yarısı və 19-cu əsrin əvvəllərində alman köçkünləri imperatriçə II Yekaterinanın və onun nəvəsi I Aleksandrın dəvəti ilə bura gəlmişdilər.
Köç 1816-cı ildə Tübinqen, Roytlingen, Urax və Remstal bölgələrindən başlayır – Şvaykhaym kəndindən gələn ilk 40 ailə ilə. Onlar Elisabethtal, Katharinenfeld, Marienfeld (hazırda Gürcüstan ərazisində), həmçinin Helenendorf, Annenfeld və Georgsfeld (indiki Azərbaycan ərazisində) kimi kəndlər salırlar.
Bu ikitərəfli əlaqələr qarşılıqlı etimada, siyasət, iqtisadiyyat, mədəniyyət, idman, təhsil və səhiyyə sahələrində bərabərhüquqlu əməkdaşlığa əsaslanır.
Bu, səfir Nəsimi Ağayevin fikrincə həmvətənlərlə, deputatlarla və digər qərarverici şəxslərlə əlaqələri rahatlıqla davam etdirmək, onları genişləndirmək və Hökuməti Almaniyadakı mühüm hadisələr barədə məlumatlandırmaq üçün ən gözəl şəraitdir.
46 yaşlı diplomat Almaniyanı hələ 2003-cü ildən tanıyır – o zaman o, Zaarbrüken Universitetində Avropa hüququ ixtisası üzrə təhsil almışdı. 2005-ci ildə ilk dəfə Azərbaycanın Berlindəki səfirliyində işləməyə başlayıb və 2022-ci ildən etibarən burada səfir kimi fəaliyyət göstərir.
Səfir Ağayev deyir:
“Mənim üçün vacib olan – burada Azərbaycan haqqında maarifləndirmə və anlayışı mədəni mübadilə, təhsil əməkdaşlığı və ictimai tədbirlər vasitəsilə gücləndirməkdir. Biz göstərmək istəyirik ki, biz dünyaya açıq, çoxmillətli bir dövlətik – tolerantlıq və harmoniya şəraitində birgəyaşayış mədəniyyəti ilə fərqlənirik.”
1992-ci ildə diplomatik münasibətlərin qurulmasından bəri bu istiqamətdə mühüm uğurlar əldə olunub. Azərbaycan bu gün Cənubi Qafqazda Almaniyanın ən böyük iqtisadi və ticarət tərəfdaşıdır. Almaniyanın Azərbaycana ixrac etdiyi məhsullar arasında maşınlar, avtomobillər, avtomobil hissələri, dəmir-polad məmulatları və sənaye avadanlıqları var.
Xüsusilə vacib məsələ – Azərbaycan Avropanın, o cümlədən Almaniyanın əsas təbii qaz təchizatçılarından birdir.
Ukrayna müharibəsindən sonra vacib qaz təchizatçısı
Səfir Ağayev bildirir:
“Cənub Qaz Dəhlizi vasitəsilə ötən il Avropaya təxminən 13 milyard kubmetr qaz ixrac etmişik – bu, Ukrayna müharibəsindən əvvəlki 8 milyard kubmetrlə müqayisədə əhəmiyyətli artımdır.”
Yaxın vaxtlarda Almaniya ilə yeni uzunmüddətli müqavilə imzalanıb, bu da qaz ixracını ildə 3 milyard kubmetrə qədər ikiqat artıracaq. Bu, Almaniyanı və Avropanı enerji böhranı dövründə fəal şəkildə dəstəkləməklə bağlı Azərbaycanın qətiyyətini göstərir.
Hazırda 11 Avropa ölkəsi, o cümlədən Almaniya da daxil olmaqla 9-u Aİ üzvü Azərbaycan qaznı əldə edir. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində getdikcə artan strateji rolunu vurğulayır – həm enerji keçidi, həm də qlobal qeyri-sabitliklər fonunda.
Azərbaycan Hökuməti bu uğuru davam etdirmək məqsədilə bərpaolunan enerjiyə böyük sərmayələr yatırır və regionda yaşıl enerji üzrə aparıcı təchizatçı olmağı hədəfləyir. Azərbaycan quruda 135 QVt, Xəzər dənizində isə 157 QVt külək və günəş enerjisi potensialına malikdir.
2030-cu ilə qədər istehlakın 1/3-inin bərpaolunan enerji mənbələrindən olaması hədəflənib
Səfir qeyd edir:
“2023-cü ildə Xəzər regionunun ən böyük günəş elektrik stansiyası – Qaradağ Günəş Elektrik Stansiyası (230 MVt) istifadəyə verildi. Məqsədimiz 2030-cu ilə qədər enerji balansımızda bərpaolunan enerjinin payını 35,5%-ə çatdırmaqdır.”
Gürcüstan və Qara dəniz üzərindən planlaşdırılan "Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi layihəsi Azərbaycanın bərpaolunan elektrik enerjisini Rumıniya, Macarıstan və gələcəkdə Almaniyaya ixrac etməsinə şərait yaradacaq.
Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Bu, Almaniya şirkətləri üçün geniş imkanlar açır – xüsusilə enerji infrastrukturunun inkişafı, enerji saxlama texnologiyaları və yaşıl hidrogen sahəsində, – deyə Ağayev vurğulayır.
Mədəni və humanitar sahədə əməkdaşlıq
İki ölkə arasında mədəni və humanitar əlaqələr də uğurla inkişaf edir. Alman dili Azərbaycanda populyar və sevilən xarici dildir.
“Bundan başqa, bizim üçün mühüm məsələ Almaniyanın bölgələri ilə birbaşa əlaqələr qurmaq, ictimai və mədəni münasibətləri təşviq etməkdir,” – deyə səfir əlavə edir.
Nəsimi Ağayev artıq 26 ildir diplomatik xidmətdədir.
“Almaniyada Azərbaycan haqqında təsəvvürlər bəzən stereotiplər və köhnə düşüncələr əsasında formalaşır,” – deyə o bildirir. “Çox vaxt ölkəmizin mədəniyyəti, dinamizmi və müasir inkişafı tam mənzərədə əks etdirilmir. Həmçinin, mürəkkəb geosiyasi əlaqələr və tarixi kontekst nəzərə alınmadığından, bəzən ölkəmiz haqqında yanlış və təhrif olunmuş təsəvvür yaranır.”
Avropa ilə Asiyanın qovşağında
Belə düşüncələrin dəyişməsi zaman tələb edir, amma biz inanırıq ki, iqtisadiyyat, elm, siyasət və mədəniyyət sahələrində daha çox mübadilə daha geniş anlayışa gətirib çıxaracaq. Şəxsi təmaslar stereotipləri aradan qaldırmaq və reallığı əks etdirmək üçün ən təsirli yoldur.
Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşir, qədim tarixlə müasir dinamizmin qovuşduğu bir ölkədir. Zəngin mədəniyyət, dini tolerantlıq və tarixi irsi ilə seçilən Azərbaycan strateji mövqeyi, enerji resursları və innovasiya potensialı sayəsində Avrasiya məkanında mühüm iqtisadi və logistik mərkəzə, həmçinin Almaniyanın etibarlı tərəfdaşına çevrilməkdədir – deyə səfir Nəsimi Ağayev yekunlaşdırır.”
https://medium.com/@nasimiaghayev/energy-dialogue-and-diplomacy-how-azerbaijan-strengthens-its-ties-with-germany-7c491ec27f88