Almaniyanın Hannover şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq
Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının nəzərinə!
3-4 may 2025-ci il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Hannover şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.
Səyyar konsulluq xidməti çərçivəsində ümumvətəndaş pasportlarının yenilənməsi ilə bağlı müraciətlərin qəbul edilməsi nəzərdə tutulur.
Müraciət etmək istəyən vətəndaşlardan ad, soyad, ata adı, pasportun surəti və telefon nömrəsini consul_berlin@mission.mfa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.