Almaniyanın “Heidelberg” Universitetinin “Mannheim” Tibb Mərkəzinin Cərrahiyyə Klinikası və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Mərkəzi arasında rezidentura cərrahiyyə təhsili üzrə əməkdaşlıq layihəsinin açılış mərasimi keçirilib
27 yanvar 2021-ci ildə Almaniyanın “Heidelberg” Universitetinin “Mannheim” Tibb Mərkəzinin Cərrahiyyə Klinikası və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Mərkəzi arasında rezidentura cərrahiyyə təhsili üzrə əməkdaşlıq layihəsinin “virtual” formatda açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov iştirak edib.
Səfir Ramin Həsənov tədbirdə çıxış edərək 2 ölkə arasında təhsil və tibb sahələrində əlaqələr, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılması üzrə” Dövlət Proqramı, təhsil məqsədilə Almaniyanın Azərbaycanlı tələbələrin seçdiyi əsas ölkələrdən biri olduğu, “dual” təhsil üzrə alman modelinin ölkəmizdə tətbiqi perspektivləri, eləcə də “COVID-19” qlobal pandemiyası ilə mübarizədə dayanıqlı səhiyyə sisteminin və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə məlumat verib.