Almaniyanın Köln şəhərində səyyar konsulluq xidməti göstəriləcək
Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının nəzərinə!
8-9 noyabr 2025-ci il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.
Səyyar konsulluq xidməti çərçivəsində ümumvətəndaş pasportlarının yenilənməsi ilə bağlı müraciətlərin qəbul edilməsi nəzərdə tutulur.
Müraciət etmək istəyən vətəndaşlardan ad, soyad, ata adı, pasportun surəti və telefon nömrəsini 31 oktyabr 2025-ci il tarixinədək consul_berlin@mission.mfa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.