Almaniyanın Köln və Münhen şəhərlərində səyyar konsulluq xidməti keçirilib
Azərbaycanın Almaniyadakı səfirliyi 2025-ci ilin 8-9 və 15 noyabr tarixlərində Köln şəhərində, 22-23 noyabr tarixlərində isə Münhen şəhərində səyyar konsulluq xidməti həyata keçirib.
Kölndə səyyar konsulluq xidmətinin ilkin olaraq 8-9 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulsa da, müraciətlərin çoxluğu nəzərə alınaraq xidmət 15 noyabr tarixində də davam etdirilib.
Ümumilikdə, Köln və Münhendə səyyar konsulluq xidməti zamanı ümumvətəndaş pasportunun yenilənməsi üçün 320-ə yaxın vətəndaşımızın müraciəti qəbul edilib.
Səyyar konsulluq xidmətinin təşkilində məqsəd bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ və rahat xidmət göstərməkdir.
Kölndə səyyar konsulluq xidmətinin keçirilməsi üçün şərait yaradan Almaniya-Azərbaycan Mədəniyyət Evinə təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, 2024-cü ildən bəri Almaniyanın müxtəlif şəhərlərində keçirilmiş səyyar konsulluq xidmətləri vasitəsilə 850-ə yaxın Azərbaycan vətəndaşının ümumvətəndaş pasportunun yenilənməsi ilə bağlı müraciəti qəbul olunub.