“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 fevral 2021

Azərbaycan-Almaniya münasibətlərinin tarixinə həsr edilmiş kitab işıq üzü görüb

Berlinin nüfuzlu “be.bra Wissenschaft Verlag” elmi mətbəəsində Berlin Azad Universitetinin tarixçi-tədqiqatçısı, diplomatiya tarixi üzrə mütəxəssis Enriko Zeevaldın, həmçinin diplomatiya və enerji siyasəti üzrə mütəxəssis Matias Dornfeldin “Almaniya və Azərbaycan. Rəsmi münasibətlərin tarixi” kitabı dərc olunub.

184 səhifədən ibarət olan kitab müəlliflərin Azərbaycan və Almaniya arasında rəsmi münasibətlərin tarixinə dair elmi araşdırmasından ibarətdir. Nəşr Azərbaycan-Almaniya münasibətlərinin tarixinə dair alman dilində ilk müfəssəl araşdırma işidir. Kitab yüksək bədii tərtibatla dərc olunub.

Araşdırmada Azərbaycanda alman məskənlərinin salınması, onların həyatı, Azərbaycanda Almaniyanın konsulluq qurumlarının yaradılması və fəaliyyəti, Almaniya imperiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında münasibətlər, Sovet dönəmində ölkələrimiz arasında təmaslar, nəhayət müstəqilliyimizin bərpasından sonrakı dövrə aid ikitərəfli münasibətlər arxiv sənədlər və müvafiq dövrlərdən qalmış fotolarla təqdim olunur. Kitabın hazırlanmasında əsasən Berlin şəhərinin arxivlərindən əldə edilmiş materiallardan, o cümlədən Almaniya XİN-in Siyasi Arxivinin sənədlərindən, alman və ingilis dilli elmi ədəbiyyatlardan istifadə olunub.

Kitab Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənovun ön sözü və müəlliflərin müqəddiməsi ilə başlayır və 7 fəsildən ibarətdir.

“Azərbaycan və Almaniya Birinci Dünya müharibəsindən əvvəl” başlıqlı ilk fəsildə Almaniyada Azərbaycan haqda bilgilərin tarixi, ölkəmizdə tarixi alman məskənləri, Rusiya imperiyası zamanında Azərbaycana göndərilmiş alman konsulluq missiyaları barədə məlumat verilir.

“Almaniya və Azərbaycan Birinci Dünya müharibəsi dövründə” başlıqlı ikinci fəsildə Azərbaycanda milli burjuaziyanın formalaşmasından, Azərbaycanın o vaxtlar məxsus olduğu çar Rusiyası ilə müharibə vəziyyətində olan Almaniyanın Rusiyada inqilabçı ideyaları təşviq etməsinin və iki imperiya arasındakı münasibətlərin gedişatının Cənubi Qafqazın siyasi mənzərəsinə, o cümlədən Azərbaycanda dövlətçilik ənənələrinin bərpa olunmasına təsirlərindən, nəhayət AXC-nin qurulması və onunla Almaniya arasında rəsmi münasibətlərin yaradılmasından danışılır. Bu hissədə, həmçinin 20-ci əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlar və Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsi barədə məlumat verilir.

“Almaniya və Azərbaycan iki dünya müharibəsi arasındakı müddətdə” başlıqlı üçüncü fəsildə AXC-nin iki illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə, onun beynəlxalq münasibətlərinə, xüsusilə Almaniya ilə əlaqələrinə, eləcə də Almaniya XİN-də AXC üzrə məsul şöbənin fəaliyyətinə baxış keçirilir. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra onun siyasi statusundakı dəyişikliklər təqdim edilir və bu dövrlərdə Almaniyanın Sovet Azərbaycanı ilə rəsmi əlaqələri işıqlandırılır. “Stalinizmin Azərbaycana təsirləri” yarımfəslində Almaniyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycandakı konsulluqlarının, eləcə də ölkəmizdəki alman koloniyalarının sıxışdırılması, Azərbaycanda Stalin terrorunun Almaniyanın diplomatik qurumları tərəfindən izlənilməsi, rəsmi Berlinin Almaniyada fəaliyyət göstərən Azərbaycan diasporu ilə münasibətləri barədə məlumat verilir.

“Almaniya və Azərbaycan İkinci Dünya müharibəsi dövründə” başlıqlı dördüncü fəsildə Hitler Almaniyasının Azərbaycanı işğal etmək planları və bu istiqamətdə fəaliyyəti nəzərdən keçirilir. Azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakı, Sovet ordusunun qələbəsinə verdiyi töhfələr, eləcə də Almaniyanın SSRİ-də yaşayan xalqların sovet hakimiyyəti ilə barışmayan nümayəndələrindən ibarət legionlar yaratması barədə məlumat verilir. Həmçinin Sovet hakimiyyəti tərəfindən müharibə ilə əlaqədar Azərbaycanın alman əsilli sakinlərinin deportasiyası qeyd edilir.

“Almaniya və Azərbaycan İkinci Dünya müharibəsindən sonra” başlıqlı beşinci fəsildə İkinci Dünya müharibəsindən sonra qurulan Almaniya Federativ Respublikasının (AFR) Xarici İşlər Nazirliyinin Almaniya, digər Avropa ölkələri, Türkiyədə yaşayan və Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni davam etdirən diaspora nümayəndələri, o cümlədən Məmməd Əmin Rəsulzadə ilə əlaqələri, eləcə də 80-ci illərdən etibarən, xüsusilə o zamanlar Azərbaycan Kommunist Partiyasının rəhbəri olan ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə Azərbaycan SSR ilə AFR arasında intensivləşən təmaslar işıqlandırılır. Nümayəndə heyətlərinin səfərləri və şəhərlərarası tərəfdaşlıqların qurulması barədə ətraflı məlumat verilir. Həmçinin Azərbaycan SSR-in keçmiş Almaniya Demokratik Respublikası ilə əlaqələrinə toxunulur, amma bu əlaqələrin AFR-lə müqayisədə daha zəif olduğu qənaətinə gəlinir.

Daha sonra 80-ci illərin sonunda AFR XİN-in Cənubi Qafqazda yaşanan gərginliklərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin alovlanmasına münasibəti qeyd edilir. Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra iki dövlət arasında diplomatik münasibətlərin qurulması və səfirliklərin açılmasının tarixi araşdırılır. “İkitərəfli münasibətlərin inkişafı” yarımfəslində isə 1995-ci ildə AFR-in xarici işlər naziri Klaus Kinkelin Azərbaycana səfərindən sonra iki dövlət arasında münasibətlərin sürətlə irəliləməsi və ümummilli liderimiz Heydər Əliyevin bu sahədəki fəaliyyəti barədə ətraflı məlumat verilir.

“Müasir ikitərəfli münasibətlər” başlıqlı altıncı fəsil üç yarımfəsildən ibarətdir: 1. İqtisadi əməkdaşlıq, 2. Mədəniyyət, təhsil və elm sahələrindəki əməkdaşlıq və 3. Almaniyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi. Bu fəsildə ölkələrimiz arasında yüksək səviyyəli səfərlər, imzalanmış dövlətlərarası sənədlər, ikitərəfli əməkdaşlıq barədə məlumat verilir, eləcə də hər yarımfəslin mövzusuna müvafiq olaraq münasibətlərin tarixi nəzərdən keçirilir. Qeyd edilir ki, iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyəli rəsmi səfərlər və fəal parlamentlərarası əməkdaşlıqla səciyyələnir və ən yüksək səviyyədə qarşılıqlı etimada söykənən konstruktiv münasibətlər mövcuddur. Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya çoxsaylı səfərləri, onun və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Münhen Təhlükəsizlik Konfransında iştirakları, AFR-in Federal kansleri Angela Merkelin 2018-ci ildə Azərbaycana səfəri vurğulanır.

“Almaniyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi” yarımfəslində Almaniyanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonu Azərbaycan ərazisi kimi tanıdığı vurğulanır, eləcə də münaqişənin həllinə dair Almaniya rəsmilərinin mövqeyi diqqətə çatdırılır. Bu hissədə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrində Dağlıq Qarabağın Azərbaycana məxsusluğunun təsdiq edilməsi və erməni silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən dərhal çıxmasının tələb edilməsi də qeyd edilir.

“Rəsmi və mədəni nümayəndəliklər” başlıqlı yeddinci fəsildə Berlində yerləşən Azərbaycan səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzi və Bakıda yerləşən AFR səfirliyinin inzibati binaları barədə məlumat verilir.

Kitabın sonunda hər iki ölkənin müvafiq olaraq qarşı tərəfdə fəaliyyət göstərmiş və hazırda fəaliyyətdə olan səfirlərinin, imzalanmış dövlətlərarası sənədlərin və mətndə edilmiş istinad və qeydlərin siyahıları verilir.

Kitab 1000 nüsxəlik tirajla dərc olunub.

Mənbə: https://azertag.az/xeber/Azerbaycan_Almaniya_munasibetlerinin_tarixine_hesr_edilmis_kitab_isiq_uzu_gorub-1701567 

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti