Azərbaycan “Birləşmiş Dost Ayılar: Tolerantlıq sənəti” sərgisində təmsil olunub
01.12.2017-ci il tarixində Berlin şəhərində “United Buddy Bears: The art of tolerance” (“Birləşmiş Dost Ayılar: Tolerantlıq sənəti”) adlı sərgi keçirilib. Səfirliyimiz adıçəkilən tədbirdə iştirak edib. Məlum olduğu kimi, ayı Berlin şəhərinin simvolu hesab olunur.
Sərgidə təxminən 140 ölkəni səciyyələndirən ayı heykəlləri nümayiş olunub. Azərbaycana həsr olunmuş ayı heykəlinin müəllifi Əli Şəmsidir. Həmin heykəlin üzərində Qobustan qaya rəsmləri, Qız Qalası, nar, neft platforması, alov, muğam ifaçısı, Xəzər dənizi və digər mövzular əks olunub. Həmin heykəl haqda məlumat linkdən əldə oluna bilər.