“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 oktyabr 2018

Azərbaycan Frankfurt Kitab Sərgisində təmsil olunur

2018-ci ilin oktyabr ayının 10-da Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nazirliyin və bir sıra yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.

Ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti ilə bağlı 490 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərə təqdim olunur.

Sərginin açılış günündə Mədəniyyət Nazirliyi, Azərbaycanın Almaniyadakı səfirliyi, Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində Qara Qarayevin 100 illiyi münasibətilə çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” və “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabları qonaqlara təqdim olunub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin əhəmiyyətindən danışıb, bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının imzalandığını və cari il ərzində ölkənin daxilində və xaricində çoxsaylı tədbirlərin keçirilməkdə davam etdiyini bildirib. Həmçinin Qara Qarayevin 100 illiyi münasibətilə Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Almaniyada çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” adlı kitab və həmçinin Azərbaycan Milli Kitabxanasının Azərbaycan, ingilis və rus dillərində hazırladığı “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabının böyük Azərbaycan bəstəkarı Qara Qarayev irsinin bir daha öyrənilməsi və dünyada təbliği işinə öz qiymətli töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd edib.

Sonra Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Qara Qarayevin 100 illiyi ilə bağlı keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib.

“Avropa Əməkdaşlıq Forumu”nun sədri Samirə Patzer-İsmayılova Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” kitabının ərsəyə gəlməsindən danışıb, Azərbaycan mədəni irsinin Avropa ölkələrində təbliğində kitabın nəşrinin önəmli addım olduğunu qeyd edib.

Tədbirə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Haluk Dursun, akademik, tarixçi İlber Ortaylı, Azərbaycanın Almaniyanın Baden-Vürtemberq əyalətindəki fəxri konsulu Otto Hauser, "Bellmann" musiqi nəşriyyatının rəhbəri Michael Bellmann və digər şəxslər qatılıb. 

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti