Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində keçirilmiş tədbirdə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib. Tədbirdə çıxış edən səfir Ramin Həsənov Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulması və gücləndirilməsində müstəsna xidmətlərindən geniş söhbət açıb. Bu siyasətin Azərbaycanı regionun lider dövlətinə çevirdiyini qeyd edib. Səfir vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib və nəticədə ölkəmizin Vətən Müharibəsində möhtəşəm zəfər çalmasına da şərait yaradıb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və Umummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla anılıb.