Azərbaycan startapları Almaniyada ölkəmizi təmsil ediblər
Berlində keçirilən "TechCrunch Disrupt Berlin 2019" tədbirində “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə ilk dəfə Azərbaycan pavilyonu açılıb.
Pavilyonda Azərbaycandan olan 6 startap öz məhsulunu sərgiləyib, onlardan 3-ü “Innoland”ın "Nextsale", "Botbox", "Qreact” adlı rezidentləridir.
Xatırladaq ki, "TechCrunch Disrupt" ən yaxşı startapları, investorları, hakerləri və texnologiya pərəstişkarlarını bir araya gətirir. Tədbir çərçivəsində “Startup Battlefield”, 24 saatlıq açıq hackathonlar, “Startup Alley”, “Hardware Alley”, müxtəlif panel müzakirələri, seminarlar, workshoplar təşkil olunur.