“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 noyabr 2015

Azərbaycan və Almaniya arasında ticarət və investisiya əlaqələri müzakirə edilib

Noyabrın 26-da “Alman-Azərbaycan Forumu”, “Almaniya İqtisadiyyatının Şərq Komitəsi”, Şimali Reyn-Vestfaliya torpağının “NRW.INVEST” investisiya şirkəti, Şimali Reyn-Vestfaliya Ticarət və Sənaye Palatasının və Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağının paytaxtı Düsseldorf şəhərində “Azərbaycan iqtisadi və investisiya tərəfdaşı kimi” adlı konfrans keçirilib.

Konfransda çıxış edən İqtisadiyyat və Sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkəmizdə makroiqtisadi sabitliyin təmin edildiyini, əlverişli biznes və investisiya mühiti formalaşdığını, ölkədə investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb. Konfransda Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığı, ölkəmizin bu istiqamətdə həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu diqqətə çatdırılıb. Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən nazir müavini Azərbaycanın Almaniya ilə əczaçılıq, maşınqayırma və kimya sənayesi sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirib, Almaniyanın aparıcı şirkətlərini daha sıx əməkdaşlığa dəvət edib, bu istiqamətdə lazımi dəstəyin göstəriləcəyini vurğulayıb.

“Alman-Azərbaycan Forumu”nun idarə heyətinin sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer Azərbaycanın Almaniya iqtisadiyyatı üçün əhəmiyyətli tərəfdaş olduğunu vurğulayıb, ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov bildirib ki, dünyadakı mənfi sosial-iqtisadi proseslərə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirir. Azərbaycan və Almaniya arasında ticarət və investisiya əlaqələrinin mövcud vəziyyəti barədə məlumat verən Pərviz Şahbazov dövlət başçısının bu il Almaniyaya iki səfərin ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Şimali Reyn-Vestfaliya federal torpağının İqtisadiyyat Nazirliyinin dövlət katibi Qünter Horsetski Şimali Reyn-Vestfaliya federal torpağının şirkətlərinin Azərbaycandakı dinamik inkişafdan yararlandıqlarını, 2014-cü ildə Azərbaycana 118 milyon avro dəyərində məhsul ixrac etdiklərini qeyd edib. Alman dövlət katibi bildirib ki, Şimali Reyn-Vestfaliyanın “e.ON” enerji şirkəti Azərbaycan bazarının iştirakçısıdır və regionda ARDNŞ ilə birgə layihələr həyata keçirir. Dövlət katibi Qünter Horsetski təmsil etdiyi federal torpağın Azərbaycanla ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb.

Konfransda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Zaur Qardaşov Azərbaycanda investisiya mühitinə dair təqdimatla çıxış edib.

Tədbirdə həmçinin “Alman İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru prof. Rayner Lintner, təşkilatın regional direktoru Martin Hoffmann, Dortmund Ticarət və Sənaye Palatasının direktor müavini Vulf-Kristian Erix və ARDNŞ-in Almaniyadakı nümayəndəliyinin direktor müavini İbrahim Əhmədov çıxış edib.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti